Dünya borcun içində "üzür" - Qlobal borclar rekord qırdı
Qlobal borcların məbləği 2016-ci ildə 215 trilyon dolları aşaraq bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
"Marja" Beynəlxalq Maliyyə İnstitutunun (IIF) "Global Borc Monitoru" adlı hesabatına istinadən xəbər verir ki, qlobal borcların məbləği 2016-da 7,6 trilyon dollar artaraq 215,5 trilyon dollara yüksəlib.
Hesabatda, qlobal ümumi daxili məhsulun 325 faizinə bərabər gələn qlobal borcun 160 trilyon dollarının inkişaf etmiş ölkələrə məxsus olduğu qeyd olunub.
Digər tərəfdən, inkişaf edən bazar iqtisadiyyatlarının ümumi borc məbləğinin 56 trilyon dollara qalxdığına diqqət çəkilən hesabatda, "İnkişaf edən ölkələr son 10 ildə təxminən 40 trilyon dollarlıq borclanıb" ifadəsinə yer verilib.
İnkişaf edən bazar iqtisadiyyatlarına aid borcun 75%-indən çoxunun yerli pul vahidlərində olduğu, ancaq Latın Amerikası, Türkiyə və Cənubi Afrikanın son illərdə xarici pul vahidilərində borclanmalarının sürətləndiyi qeyd olunan IIF hesabatında, "Daha yüksək faiz dərəcələri və güclü dollar borc yönümlü inkişaf modelinə malik ölkələr üçün risk yaradır" xəbərdarlığı edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
1 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
-
2 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
-
3 saat əvvəl
İnvestorlara 15% gəlirlilik təklif olunur – Yerləşdirmə oktyabrın 2-də
-
3 saat əvvəl
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
-
3 saat əvvəl
Müctəba Xamenei: Tezliklə Ərəb dənizi də "düşmən qüvvələri"ndən təmizlənəcək
-
3 saat əvvəl
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
Ən çox oxunanlar
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®

























