"Fermer 30 sentner məhsul götürərsə, dövlətdən 520 manat subsidiya alacaq"
"Yeni subsidiya mexanizmi kənd təsərrüfatının inkişafını daha da stimullşadıracaq. Aqrar Subsidiya Şurası əkin, məhsul, toxum subsidiyaları üçün əmsal və kvotaları müəyyənləşdirən zaman ərzaq təhlükəsizliyinin təmin olunması və aqrar məhsulların ixrac potensialının yüksəldilməsi amillərinə əsaslanıb".
Bu fikirləri Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Neftçala və Hacıqabulda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı keçirdiyi görüşlərdə deyib.
Nazir müavini bildirib ki, Aqrar Subsidiya Şurası artıq əmsalları açıqlayıb: "Məsələn, fermerlər pambıq becərilməsinə görə həm əkin, həm məhsul subsidiyası alacaqlar. Pambığa görə 1,1 əmsal müəyyənləşib, bu o deməkdir ki, pambıq əkilmiş sahənin hər hektarına görə fermerə 220 manat subsidiya veriləcək. Bundan başqa dövlət qəbul məntəqələrinə təhvil verilmiş pambığın hər tonuna görə fermerə 100 manat ödəyəcək. Yəni, əgər bir fermer bir hektar sahədən orta hesabla 30 sentner məhsul götürərsə, dövlətdən 520 manat subsidiya alacaq. Aqrar sahəyə dövlət dəstəyinin genişləndirilməsi sayəsində kənd təsərrüfatının bütün istiqamətlərində inkişaf təmin ediləcək".
İlham Quliyev 2020-ci ildən aqrar subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən veriləcəyini deyib: "Artıq subsidiyaların verilməsində kağız sənəd dövriyyəsi aradan qalxır. Fermer yeni sistemdə qeydiyyatdan keçərək özünə şəxsi kabinet yaratmalıdır. Hazırda ölkə üzrə təxminən 410 mindən artıq fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçib. Fermerlərdən 220 min nəfəri payızlıq əkinləri bəyan ediblər. Əkinlərin bəyan edilməsi EKTİS-in tətbiqində mühüm mərhələdir. Çünki, subsidiyanın miqdarı əkilmiş məhsul növündən asılı olaraq dəyişir. Bu səbəbdən fermerləri payızlıq əkinləri bəyan etmə prosesində daha aktiv iştirak etməyə çağırıram".
Nazir müavini qeyd edib ki, fermerlər EKTİS-in tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi prosesində hansısa texniki problemlərlə üzləşərsə, Dövlət Aqrar İnkişaf Mərkəzinə, "ASAN xidmət" mərkəzlərinə və Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri EKTİS-in tətbiqi ilə bağlı bölgələrdə maarifləndirici sessiyalar həyata keçirir. Bu günədək 36 rayonda belə tədbirlər baş tutub. Görüşlərdə nazirliyin rəhbər heyəti ilə yanaşı, icra hakimiyyəti strukturlarının rəhbərləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri, Aqrar İnkişaf Könüllüləri, bələdiyyə sədrləri, fermerlər iştirak edirlər. Dekabrın 13-14-də analoji görüşlərin Qobustan, İsmayıllı, Qəbələ, Oğuz, Balakən, Zaqatala, Qax və Şəkidə keçirilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
14 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 15 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 23 saat əvvəl
-
23 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
23 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)





.jpg)



.jpg)









