Azərbaycan cəmi 1,6 milyard dollarlıq qeyri neft məhsulları ixrac edib
2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 190 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 117 ölkəyə məhsul ixrac olunmuş, 180 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 27 milyard 436,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 15 milyard 981,4 milyon dollar, idxalın dəyəri 11 milyard 455,3 milyon dollar təşkil etmiş, nəticədə 4 milyard 526,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.
2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,4 faiz artmış, real ifadədə isə 1,3 faiz, o cümlədən idxal 2,8 faiz, ixrac 0,5 faiz azalmışdır.
2019-cu ilin yanvar-oktyabr ayları ərzində ölkədən 1 milyard 572,9 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilmişdir ki, bu da ötən ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 16,5 faiz, real ifadədə isə 11,3 faiz çoxdur.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 29,4 faizini İtaliyaya, 13,8 faizini Türkiyəyə, 6,9 faizini İsrailə, 5,7 faizini Hindistana, 4,9 faizini Almaniyaya, hər biri 4,2 faiz olmaqla Çin və İspaniyaya, 3,4 faizini Rusiyaya, 3,2 faizini Fransaya, 2,9 faizini Gürcüstana, 2,8 faizini Çexiyaya, 2,3 faizini Birləşmiş Krallığa, 2,1 faizini Portuqaliyaya, 1,9 faizini Ukraynaya, 12,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,9 faiz), Türkiyəyə (20,6 faiz), İsveçrəyə (9,4 faiz), Gürcüstana (8,4 faiz), Ukraynaya (2,5 faiz), İtaliyaya (2,3 faiz), Çinə (2,2 faiz), Yunanıstana (2,2 faiz), Niderlanda (1,4 faiz), İrana (1,4 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,3 faizi Rusiya, 11,6 faizi Türkiyə, 10,6 faizi İsveçrə, 9,4 faizi Çin, 6,0 faizi ABŞ, 5,1 faizi Almaniya, hər biri 3,4 faiz olmaqla Kanada, İran və Ukrayna, 2,7 faizi İtaliya, 2,6 faizi Avstraliya, 1,9 faizi Fransa, 1,7 faizi Birləşmiş Krallıq, 1,6 faizi Yaponiya, 20,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2019-cu ilin yanvar-oktyabr aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 20,1 faiz, şəkər – 45,6 faiz, tütün – 1,8 dəfə, meyvə və tərəvəz şirələri – 30,6 faiz, çay – 7,1 faiz, meyvə və tərəvəz konservləri – 2,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 42,2 faiz, pambıq lifi – 52,4 faiz, emal olunmamış alüminium – 29,1 faiz, polietilen – 10,1 faiz, pambıq ipliyi – 34,9 faiz, bentonit gili – 12,9 faiz artmış, təzə tərəvəz ixracı isə 7,3 faiz, kartof – 7,2 faiz, bitki yağları – 18,1 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 22,5 faiz, qara metallardan yarımfabrikatlar – 17,5 faiz, qara metallardan borular – 82,7 faiz azalmışdır.
2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2019-cu ilin yanvar-oktyabr aylarında buğda idxalı 46,0 faiz, xam şəkər və şəkər – 1,7 dəfə, təzə meyvə – 2,2 faiz, bitki yağları – 2,6 faiz, kərə yağı, digər süd yağları və pastaları – 16,6 faiz, çay – 2,1 faiz, kartof – 36,5 faiz, quş əti və onun əlavə məhsulları – 10,0 faiz, mal əti – 3,2 faiz, təzə tərəvəz – 30,0 faiz, minik avtomobilləri – 1,8 dəfə, polad prokatı – 29,4 faiz, mineral gübrələr – 33,6 faiz, hesablama maşınları, blok və qurğuları – 42,1 faiz, rezin şinlər – 15,6 faiz, avtobuslar – 2,5 dəfə, mebellər – 3,2 faiz, məişət kondisionerləri – 1,6 dəfə, yük avtomobilləri – 1,7 dəfə, polietilen – 20,8 faiz, paltaryuyan maşınlar – 10,1 faiz, qara metallardan künclüklər – 19,5 faiz artmış, siqaret idxalı isə 52,2 faiz, qara metallardan borular – 15,1 faiz, qara metallardan çubuqlar – 18,4 faiz, sement və sement klinkerləri – 20,6 faiz, məişət soyuducuları – 14,0 faiz azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 20 saat sonra
-
-
50 d. əvvəl
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
- 1 saat əvvəl
-
2 saat əvvəl
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
-
2 saat əvvəl
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
3 saat əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
3 saat əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
Avqustun 14-də gözlənilən hava şəraiti
Expressbank eyni gündə 2 filial açıb
Ən çox oxunanlar
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
Azərbaycan nefti cüzi ucuzlaşıb

























