Fermerlərə kart paylanır
“Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi gübrə, toxum, pestisid təchizatçılarının, eləcə də baytarlıq, fitosanitariya xidmətləri göstərənlərin özlərini fermerlərə tanıtması üçün ən yaxşı platformadır” – Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova gübrə, pestisid və toxum təchizatçıları ilə görüşdə belə deyib.
“EKTİS təchizatçılara imkan verir ki, rəqabətə dözümlü qiymət, keyfiyyətli və çeşidli məhsul təklif etməklə sistemdə qeydiyyatdan keçmiş fermerləri öz alıcılarına çevirsinlər. Bu platforma həm təchizatçılara, həm də fermerlərə seçilmək və seçim üçün böyük üstünlüklər təqdim edir,” – deyə nazir müavini əlavə edib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev gübrə və pestisid bazarının tamamilə liberallaşdığını bildirib.
“Hal-hazırda EKTİS-də 83 gübrə və pestisid təchizatçısı, 250-dən artıq toxumçu qeydiyyatdan keçib. Lakin görüşdə iştirak edənlərin və bizimlə əlaqə saxlayan, müxtəlif səbəblərdən görüşə qatılmayanların sayı bu rəqəmin bir neçə dəfə artıq olduğunu söyləməyə bizə imkan verir” – AKİA sədri əlavə edib.
Mirzə Əliyev görüşün əsas məqsədinin təchizatçıları EKTİS-də qeydiyyatdan keçməyi sürətləndirməyə səsləmək olduğunu vurğulayıb. Agentlik sədri qeydiyyatdan keçmə prosedurunu əvvəldən sonadək iştirakçılara nümayiş etdirib. Payızlıq əkinlərə gübrə vermək vaxtının başladığını qeyd edən Mirzə Əliyev təchizatçıları qeydiyyatdan keçməyə, satışlarını həyata keçirən mağazları pos-terminallarla təmin etməyə çağırıb.
Subsidiya İnformasiya Sistemində bu günədək 465 321 fermerin 594 855 təsərrüfatını qeydiyyatdan keçdiyini bildirib. Fevralın 4-dək 245 387 fermerə məxsus 336 954 təsərrüfat təsdiq edilib. 342 min fermer tərəfindən 690 min əkin payızlıq əkin bəyanı SİS-ə daxil olunub. Bundan 243 min fermer tərəfindən edilmiş 431 min əkin bəyanı yoxlanılıb və təsdiq edilmiş sənədlər üzrə 719 min hektar əkin bəyanı SİS-ə daxil edilib.
Fermerlərin subsidiyaları yeni qaydalarla alacağına hazırlıqların tam sürətlə getdiyini deyən AKİA sədri bu günədək 179000 ədəd Fermer kartı-nın sifariş olunduğunu vurğulayıb. "Çap olunmuş 163000 ədəd Fermer kartı hal-hazırda tərəfdaş bankın yerli filialları tərəfindən fermerlərə paylanır"- Mirzə Əliyev əlavə edib.
Görüşdə təchizatçıları maraqlandıran suallara aydınlıq gətirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
8 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
8 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
8 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
8 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
10 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
11 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
11 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
12 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®





















