Smartfona bərabər saat artıq satışda
(®) İndividiuallığı ilə öyünən və özünəməxsus stili ilə seçilən zaman ovçuları vaxtlarını daha ağıllı sərf etməyə üstünlük verirlər. Bu missiyanı həyata keçirmək üçün isə onlara hər zaman dəstək verən müasir texnoloji həllər mövcuddur. Onlar sırasında ən etibarlı və vacib aksesuarlardan biri də məhz ağıllı qol saatlarıdır.
Böyük texnoloji brendlərdən biri olan HONOR ağıllı saat bazarında öz mövqeyini gücləndirməyə davam edir. Bir çoxlarının rəğbətini qazanan Magic Watch smart saatlarının ardından istehsalçı funksionallığı və dizaynı ilə göz oxşayan Magic Watch 2 modelini bazara təqdim edib.
Magic Watch 2 smart saatı xüsusiyyətləri, funksionallığı və dizaynı ilə smart saatlar bazarında ciddi rəqib hesab edilir. Belə ki, saat yüksək sürətli işi təmin edən və eyni zamanda enerji sərfiyyatını minimuma endirən yeni KIRIN A1 prosessoru ilə təchiz edilib. 14 günədək enerji saxlama imkanı ilə yanaşı, 4 GB yaddaş həcmi saatın performansını daha da genişləndirir.
HONOR Magic Watch 2 smart saatları vaxtı göstərməklə yanaşı, həm də şəkillərin köməyi ilə sizin individuallığınızı əks etdirir. Şəkilləriniz saatın yaddaşına həkk olunur və hər dəfə əlinizi hərəkət etdirib saata baxarkən xoş anlarınızı əks etdirən görüntülər bir-birini əvəz edir. Saatın ekranının hər dəfə işıqlanmasını gözləməyə isə ehtiyac yoxdur, AMOLED ekran istənilən zaman məlumatları göz önünə gətirir.
Diametri 46 mm və 42 mm olmaqla, 4 fərqli dizaynda olan saatın korpusu aviasiya sənayesində geniş istifadə edilən paslanmayan yüksək keyfiyyətli poladdan hazırlanıb və mexaniki zədələrə qarşı dözümlüdür. Bu isə fəal həyat tərzi olan istifadəçilər üçün vacib xüsusiyyətdir. Addımlayarkən, qaçarkən və ya velosipedlə hərəkət edərkən ikili naviqasiya sisteminin köməyi ilə HONOR Magic Watch 2 sürətinizi dəqiqliklə qeydə alır. Qaçış əlavəsini yükləməklə səsli dəstək funksiyası real vaxt ərzində məşqinizi nəzarətdə saxlamağa imkan verir.
50 metr dərinlikdə suya davamlılığı bu saatı üzgüçülərin də seçiminə çevirir. Siz üzərkən HONOR Magic Watch 2 məsafəni, kalorini, sürəti və nəbzi nəzarətdə saxlayır. İdmanı musiqisiz təsəvvür etməyənlər isə heç narahat olmasınlar. Saatı HONOR Sport Pro qulaqlıqlar ilə əlaqələndirərək istədiyiniz musiqini smartfondan istifadə etmədən biləyinizdəki HONOR Magic Watch 2 ilə idarə edə biləcəksiniz. Telefonunuza gələn zəngləri saatla cavablandırmaq isə bir toxunuş qədər asandır.
Bundan əlavə HUAWEI TruSleep2.0 texnologiyasına sahib olan bu cihaz yuxu rejiminizi təqib edərək, sizə yuxu keyfiyyətinin artırılması üçün fərqli təkliflər verir. Stres səviyyənizi ölçən saat hətta yüksək stres vəziyətlərində belə sizə sakitləşdirici idman hərəkətləri tövsiyə edir. Bir sözlə, sizə özəl innovasiya vəd edən HONOR Magic Watch 2 smart saatlarının özəllikləri tükənmək bilmir.
Artıq Azərbaycan bazarında satışa çıxarılan HONOR Magic Watch 2 smart saatları İrşad electronics mağazalarının vitrinlərində öz yerini alıb. Saata sahib olmaq istəyən hər kəs tək mağazalardan deyil, eyni zamanda sayt vasitəsilə onu onlayn sifariş edərək, ilkin ödənişsiz, faizsiz və komissiyasız hissəli ödəniş şərti ilə əldə edə bilər.
İrşad Electronics ölkə üzrə 30-dan artıq mağazaya malik mobil telefon, elektrotexnika və məişət avadanlıqları satışı şəbəkəsidir. Şirkət HONOR brendinin Azərbaycanda eksklüziv distribüteridir.




Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 16 saat sonra
-
- 9 d. əvvəl
- 14 d. əvvəl
-
19 d. əvvəl
Xəzər sahilində yerləşən, hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“FINCA Azerbaijan” 15% ödəməyə hazırdır - 5 milyon manat da borclanacaq
-
3 saat əvvəl
Samuxda təhlükəli xəstəlik şübhəsi - Təsərrüfata giriş-çıxış məhdudlaşdırıldı
-
4 saat əvvəl
Azərbaycan avtomobildən“doymur” – Sayı bir ildə 100 min artdı, 2 milyona yaxınlaşdı
-
4 saat əvvəl
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan avtomobildən“doymur” – Sayı bir ildə 100 min artdı, 2 milyona yaxınlaşdı
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
Hacıqabul Sənaye Parkında yeni şirkət - 4,7 milyon manatlıq gübrə və biopestisidlərin istehsalı layihəsi
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
Avqustun 14-də gözlənilən hava şəraiti

























