Azərbaycanın Dövlət Neft Fondu 2 milyard dollar "əridi"
Dövlət Neft Fondunun aktivləri 43 milyard 323 milyon dollardan 41 milyard 349 milyon dollara geriləyib.Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2020-ci ilin yanvar-mart ayları ərzində neft və qaz sazişləri ilə bağlı daxilolmaları 3 milyard 772 milyon 100 min manat təşkil etmişdir.
Fonddan Marja-ya daxil olmuş məlumata görə, bu daxilolmaların tərkibində mənfəət neftinin və qazın satışından gəlirlər 2 milyard 997 milyon 900 min manat təşkil etmişdir ki, bu gəlirlər də fyuçers müqaviləsi şərtlərinə uyğun olaraq xam neftin qiymətlərinin büdcədə nəzərdə tutulan qiymətdən daha yüksək olduğu dekabr, yanvar və fevral aylarına aid partiyaların satışlarından formalaşmışdır. Bu aylar üzrə xam neftin ortaçəkili xalis mədaxil qiyməti 59 ABŞ dolları təşkil etmişdir.
Eyni zamanda bu dövr ərzində bonus ödənişləri 767,8 milyon manat, tranzit gəlirləri 4,9 milyon manat, akrhesabı ödənişlər 1,5 milyon manat təşkil etmişdir.
Cari ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə xərcləri 4 milyard 697,8 milyon manat təşkil etmişdir. Bu müddət ərzində xam neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, ARDNF tərəfindən makroiqtisadi və fiskal tarazlığın qorunması, icmal və dövlət büdcəsi qarşısında öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı funksiyalarının icrası təmin edilmişdir.
Belə ki, ölkənin valyuta bazarında xarici valyutaya artan tələbin qarşılanması məqsədilə 2020-ci ilin yanvar-mart aylarında ümumilikdə 2 milyard 771,8 milyon ABŞ dolları məbləğində xarici valyuta satılmış, bunun müqabilində 4 milyard 712,1 milyon manat vəsait satın alınmışdır. Qabaqlayıcı valyuta satışları hesabına dövlət büdcəsinə 4 milyard 631,0 milyon manat, o cümlədən vaxtından əvvəl 1 milyard 793,5 milyon manat vəsait transfer edilmişdir.
Eyni zamanda 60,9 milyon manat məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsinə yönəldilmişdir. Bu müddət ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri isə 5,9 milyon manat təşkil etmişdir.
Ötən rüb ərzində ARDNF-nin aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq 2 milyard 148,6 milyon manat olmuşdur. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq isə ARDNF-nin büdcədənkənar xərci kimi 281,1 milyon manat təşkil etmişdir.
"Məlum olduğu kimi koronavirus pandemiyası cari ilin ilk rübü ərzində dünya iqtisadiyyatı üçün olduqca ciddi təhdidlər yaratmışdır. Belə ki, bütün dünya ölkələri üzrə tələb/təklifdə olduqca ciddi geriləmələr müşahidə olunur, işsizliyin səviyyəsi artır, nüfuzlu beynəlxalq maliyyə qurumları ilin sonu üçün ümumdünya iqtisadi artımında ciddi yavaşlamanın olacağını proqnozlaşdırırlar. Nəticə etibarilə qeyd edilənlərin təzahürü olaraq beynəlxalq maliyyə bazarlarında, o cümlədən inkişaf etmiş ölkələrin fond birjalarında ciddi dalğalanmalar müşahidə olunur. Bu müddət ərzində dünya səhm indekslərinin dəyərində təxminən 20%-25%-lik enmə müşahidə olunmuşdur ki, vəsaitlərinin aktivlər üzrə bölgüsündə səhm investisiyalarının əhəmiyyətli hissəni təşkil etdiyi bir çox analoji suveren fondlar üçün də bu təqribən mənfi 14%-16%-lik gəlirliliyə səbəb olmuşdur. Bütün bunlar təbii ki, ARDNF-nin investisiya portfelinə də təsirsiz ötüşməmişdir. Daha əvvəl də qeyd etdiyimiz kimi ARDNF-nin investisiya portfelinin 80%-dən çoxunun yüksək likvid və daha az qiymət dəyişkənliyi ilə xarakterizə olunan sabit gəlirli qiymətli kağızlar və qızıldan ibarət olması mümkün təsirləri ciddi şəkildə azaltmağa imkan yaratmışdır",- Fondun məlumatında deyilir.
Beləliklə vaxtından əvvəl transfert ödənişləri, habelə ARDNF-nin investisiyalarının bazar dəyərində qeydə alınan qısamüddətli dəyişkənlik nəzərə alınaraq 2020-ci ilin birinci rübünün sonuna ARDNF-nin aktivləri 41 milyard 349 milyon 500 min ABŞ dollarına bərabər olmuşdur. Xatırladaq ki, 2020-ci il yanvarın 1-nə Fondun aktivləri 43 milyard 323 milyon 300 min ABŞ dollarına bərabər olmuşdu. Beləliklə., ilk 3 ayda Fondun aktivləri 1 milyard 973 milyon 800 min dollar azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
6 d. əvvəl
“Qızıl payız” kampaniyası – Lombard krediti 1%-dən başlayan faizlə ®
-
12 d. əvvəl
Sərmayə uğrunda yarış əvəzinə yerli ekspertiza: Azərbaycanın investisiyalara yeni baxışı
- 15 d. əvvəl
-
53 d. əvvəl
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
-
1 saat əvvəl
Changan 4 dəfədən çox, BYD təxminən 5 dəfə artıb - Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
1 saat əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
-
1 saat əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
“Qızıl payız” kampaniyası – Lombard krediti 1%-dən başlayan faizlə ®
Sentyabrın 29-da gözlənilən hava şəraiti
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
Ən çox oxunanlar
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı

























