Dollar 1,70 manat səviyyəsində sabitləşdirilir?
Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) və Dövlət Neft Fondunun (ARDNF) birgə keçirdiyi növbəti valyuta hərracı 1,7026 AZN/USD məzənnəsi ilə tamamlanıb. "Dolların rəsmi məzənnəsi əvvəlki valyuta hərracının nəticəsi ilə müqayisədə 0,0003 manat azalıb.
Analitiklər bildirirlər ki, AMB son iki valyuta hərracında dolların rəsmi məzənnəsinin 1,70 AZN/USD səviyyəsindən aşağı salmaq istəmədiyini göstərib. Belə ki, aprelin 11-də məzənnə 0,0002, bu gün isə 0,0003 bənd geriləyib. Son günlərdə nağd valyuta bazarında dollar faktiki rəsmi məzənnədən 3,5% aşağı satılırdı.
"Belə ehtimal etmək olar ki, Mərkəzi Bank bu durumdan narahat olub və bazardakı məzənnənin rəsmi məzənnəyə yaxın olmasını istəyib. Sabitləşmə yarandıqdan sonra isə neft qiymətlərində artım davam edərsə dolların ucuzlaşması prosesi yenidən davam edə bilər. Digər ehtimal isə ortamüddətli perspektivdə dolların məzənnəsinin 1,70 AZN/USD səviyyəsində sabitləşdiriləcəyini nəzərdə tutur", - deyə analitiklər qeyd ediblər.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
3 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
4 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 5 saat əvvəl
-
6 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























