Elektron imzanı heç yerə getmədən onlayn sifariş etmək olar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən elektronlaşdırılaraq “Elektron hökumət” portalına inteqrasiya edilən “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” adlı yeni xidmət elektron imzaya tələbatı artırıb.
“Elektron hökumət” portalından bildirilib ki, artıq ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu ölkə üzrə iri və orta sahibkarlardan hesabatları tamamilə elektron qaydada qəbul edir. Bu elektron xidmətdən istifadə etmək üçün sahibkarın möhür hüququnu təsdiqləyən elektron imza kartı olmalı, yaxud səlahiyyətli şəxs möhürdən istifadəyə ona icazə verməlidir.
Milli Sertifikat Xidmətləri Mərkəzi (MSXM) sahibkarların nəzərinə çatdırır ki, elektron imzanı heç yerə getmədən onlayn sifariş etmək olar. Həmçinin “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” xidməti üçün möhür səlahiyyətli elektron imza kartı olan müəssisə rəhbəri elektron imzaya malik istənilən əməkdaşına elektron formada səlahiyyət verə bilər.
Elektron imzanı “www.e-imza.az” internet ünvanından onlayn sifariş etmək mümkündür. Bunun üçün istənilən vətəndaş “www.e-imza.az” saytından “onlayn müraciət” menyusuna daxil olub “Hüquqi şəxslər və sahibkarlıqla məşğul olan fiziki şəxslər üçün” bölməsini seçməlidir. Daha sonra elektron ərizə formasındakı anketi tamamlayıb onlayn qaydada ödəniş etməklə elektron imza kartı sifariş edə bilər. Sifariş zamanı MSXM-in təqdim etdiyi 2 elektron imza daşıyıcısından birini – smart-kart və ya smart-tokeni seçmək mümkündür.
Smart-tokenlər “Elektron imza” sertifikat daşıyıcılarının yeni növüdür. USB formasında olan tokenlərdən istifadə zamanı əlavə tələb olunan kart oxuyucuya ehtiyac olmur, həmçinin proqram təminatı tokenin daxilində yerləşir və ilkin istifadə zamanı avtomatik şəkildə istifadəçi qurğusuna yüklənərək asanlıqla quraşdırılır.
Sifariş mərkəzə daxil olan kimi elektron imza sertifikatı hazırlanır və bu barədə vətəndaşa elektron poçt və telefon vasitəsilə məlumat verilir. Sertifikatının hazır olması barədə məlumat bildirişi almış şəxs Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində şəxsiyyət vəsiqəsini təqdim etməklə elektron imza sertifikatını ala bilər.
MSXM-in təqdim etdiyi elektron imza daşıyıcısı olan smart-kart və ya USB-token istifadəçiləri 3 il müddətində əlavə heç bir ödəniş etmədən istənilən qədər əməliyyat apara bilərlər.
Beləliklə, onlayn sifariş edərək vətəndaş operativliyi təmin etməklə yanaşı, e-imza sertifikatlarının alınmasında yarana biləcək vaxt itkisinin qarşısını alır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
3 d. əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 4 d. əvvəl
-
25 d. əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
-
37 d. əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
47 d. əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
1 saat əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
2 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Ən çox oxunanlar
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib


























