“Bakı Metropoliteni”ndə 500 milyon manata yaxın zərər
“Bakı Metropoliteni” QSC 2019-cu ili 55,1 milyon manat zərərlə başa vurub.
Qurumun maliyyə hesabatınagörə, bu, 2018-ci illə müqayisədə 0,4% çoxdur.
Son nəticədə səhmdar cəmiyyətinin yığılmış zərəri 12,9% artaraq 481,7 milyon manata çatıb.
Ötən il “Bakı Metropoliteni”nin sərnişindaşımadan gəlirləri 68,9 milyon manat (əvvəlki ilə nisbətən 27,2% çox), dövlət büdcəsindən aldığı dotasiya 49,4 milyon manat (1,2% çox), sair əməliyyat gəlirləri 5,7 milyon manat (1% az) təşkil edib.
Ötən il QSC-nin istifadə etdiyi material ehtiyatlarının dəyəri 6,4 milyon manat (3,95% az), istifadə etdiyi neft məhsullarının dəyəri 622 min manat (33,2% çox), istifadə etdiyi elektrik enerjisinin dəyəri 11,2 milyon manat (1,7% az), istifadə etdiyi qazın dəyəri 172 min manat (23,6% az), istifadə etdiyi suyun dəyəri 4,1 milyon manat (0,2% çox), işçi heyəti üzrə xərcləri 46,1 milyon manat (4,3% çox), torpaq, tikinti və avadanlıqlar üzrə amortizasiya xərcləri 95,8 milyon manat (12,55% çox), qeyri-maddi aktivləri üzrə amortizasiya xərcləri 162 min manat (31,7% çox), tikinti və avadanlıqlarının qalıq dəyəri 460 min manat (44,8% az), digər xərcləri 9,3 milyon manat (35,85% çox), sair əməliyyat xərcləri isə 4,8 milyon manat (31,7% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Bakı Metropoliteni”nin aktivləri 2 milyard 451,8 milyon manat olub ki, bu da illik müqayisədə 1,75% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 5,3% azalaraq 54 milyon manata düşüb, balans kapitalı isə 1,9% artaraq 2 milyard 397,7 milyon manata, o cümlədən nizamnamə kapitalı 3,6% artaraq 2 milyard 879,4 milyon manata çatıb.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 21 saat sonra
-
3 d. əvvəl
Azərbaycanda Amerika Ticarət Palatasında icraçı direktor vəzifəsinə yeni təyinat
-
- 4 d. əvvəl
-
54 d. əvvəl
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Microsoft-dan 150 min dollar "Azure Credits" cəlb edən ilk Azərbaycan Aİ-startapı
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank”dan İlkin Kütləvi Təklif üzrə 18,7 milyon manatlıq səhm buraxılışı
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan “Gül kimi” təklif
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırılıb
Ən çox oxunanlar
Ödəniş təşkilatının vəzifəli şəxsini cərimələnib
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Pekində - Strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirləri 400 manat azaldılacaq
Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
“Premium Bank”da yeni təyinat





















