SOCAR maliyyə vəziyyətini açıqladı
Ötən il şirkətin gəlirləri və xalis mənfəəti azalıbAzərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2019-cu il üçün konsolidasiya edilmiş maliyyə hesabatlarını açıqlayıb.
Hesabata beynəlxalq audit şirkəti “Ernst & Young Holdings (CIS) B.V.” tərəfindən müsbət rəy verilib.
Marja hesabata istinadən xəbər verir ki, SOCAR 2019-cu ili 539 milyon manat xalis mənfəətlə ilə başa vurub. 2018-ci illə müqayisədə Azərbaycanın ən böyük şirkətinin xalis mənfəəti 370 milyon manat və ya 40,7% azalıb. Belə ki, SOCAR 2018-ci ili 909 milyon manat, 2017-ci ili isə 1 milyard 516 milyon manat xalis mənfəət ilə bağlamışdı.
2019-cu maliyyə ilində SOCAR-ın cəmi gəlirləri 83 milyard 752 milyon manat təşkil edib. Şirkət 2018-ci ildə 107 milyard 762 milyon manat gəlir əldə etmişdi. Beləliklə, ötən il SOCAR-ın cəmi gəlirləri 24 milyard manat və ya 22,3% azalıb.
Ötən il SOCAR-ın cəmi aktivləri 3 milyard 239 milyon manat artaraq 65 milyard 375 milyon manata yüksəlib.
SOCAR-ın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, hesabat ilində şirkətin ümumi dövriyyəsi (gəlirləri) 83,8 milyard manat təşkil etmişdir. Bu göstəricinin mühüm hissəsi üçüncü tərəflərin neft və neft məhsulları ilə aparılan ticarət əməliyyatlarının payına düşür. Ötən il üçüncü tərəflərdən alınıb-satılan xam neft və neft məhsullarının ümumi dövriyyəsinin məhdudlaşdırılmasına baxmayaraq, ticarət əməliyyatlarının effektivliyi və onların mənfəət nisbəti artırılmışdır. Hesabat dövründə şirkətin ümumi gəlirlərinin 92,7%-i xarici bazarlarda qeydə alınmış, bunun da 63,7 milyard manatı İsveçrədəki SOCAR Trading və SOCAR Energy Holding şirkətləri vasitəsi ilə aparılan ticarət dövriyyəsinin payına düşmüşdür.
Mənfəət nisbəti yüksək olan istehsal və nəql kimi sahələrdə ötən il şirkətin gəlirləri artmaqda davam etmiş, bu artım Türkiyədə 88,6%, Gürcüstanda isə 4,3% təşkil etmişdir.
2019-cu ildə müvafiq olaraq, xam neftin satışından 51,1 milyard manat, neft məhsullarının satışından isə 22,2 milyard manat gəlir əldə olunmuşdur. Şirkətin gəlirlərində ən böyük artım 25%-lə təbii qazın satışında qeydə alınmışdır ki, bunun da səbəbi “Şahdəniz-2” layihəsində və Ümid yatağında hasilatın yüksəlməsidir.
Ötən il SOCAR bəzi törəmə müəssisələrində iştirak payını artırıb: SOCAR Polymer şirkətində onun payı 52,15%-dən 57,01%-ə, Bakı Gəmiqayırma Zavodunda 70,21%-dən 87,47%-ə yüksəlib.
Həmçinin oxu
SOCAR-ın İsveçrə gəlirlərində böyük geriləməMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
6 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
7 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























