Azərbaycan startapçıları beynəlxalq yarışmaya dəvət olunur - TƏLƏBLƏR
İslam İnkişaf Bankı Qrupunun (IsDB Group) hər il İllik İnvestisiya Toplantısı ərəfəsində təşkil etdiyi Beynəlxalq Startap Yarışmasında Azərbaycan startapçıları da iştirak edəcək.
Bu barədə İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.
Məlumata görə, KOBİA Beynəlxalq Startap Yarışmasının Azərbaycan üzrə milli turunun rəsmi tərəfdaşıdır. Bu gündən Agentlik Beynəlxalq Startap Yarışmasının Azərbaycan üzrə milli turuna start verir. Startaplar sosial inkişaf, innovasiyalardan daha yaxşı istifadə, iqlim və ətraf mühitə təsir, məxfilik və məlumatların qorunması və startapın inkişafı kateqoriyaları üzrə yarışa qatıla bilər.
Yarışda aşağıdakı tələblərə cavab verən startaplar iştirak edə bilər:
• İşçilərinin və komanda üzvlərinin sayı 20-dək olan;
• Müvafiq kateqoriyalara uyğun gələn;
• Startapın minimum prototipinin və ya ideya/layihənin işlək modelinin olması (software, app, web service), mövcud istifadəçilərinin olması;
• Digər milli və beynəlxalq yarışlarda iştirak edənlərə üstünlük veriləcək.
Milli turda iştirak etmək istəyən yerli startaplar 7 sentyabr 2020-ci il tarixinədək bu keçidə daxil olmaqla qeydiyyatdan keçməlidir:
https://www.aimcongress.com/roadshow/Profile/Register
Əlaqələndirici: KOBİA-nın nümayəndəsi Asif Həsənov (+994 12) 404-04-01 (daxili 241).
Milli turun qalibi KOBİA, İslam İnkişaf Bankı və İllik İnvestisiya Toplantısının təşkilat komitəsinin üzvlərindən ibarət Münsiflər Heyəti tərəfindən cari ilin 10 sentyabr tarixində onlayn formatda elan olunacaq. Qalib startap Azərbaycanı 29 oktyabr 2020-ci il tarixində Dubayda keçiriləcək Beynəlxalq Startap Yarışmasında təmsil edəcək. Dubayda təşkil olunacaq yarış canlı formatda keçiriləcəyi təqdirdə milli təmsilçinin bütün xərcləri İslam İnkişaf Bankı tərəfindən qarşılanacaq. Beynəlxalq Startap Yarışmasında ümumilikdə 5 qalib seçiləcək və onların hər birinə 10 min ABŞ dolları məbləğində mükafat veriləcək.
Ümumilikdə Beynəxlaq Startap Yarışmasında dünyanın 80 ölkəsindən startapların iştirakı nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
6 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
6 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
7 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
9 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
9 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
9 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
10 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 10 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®























