Məmməd Musayev Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresinin Assambleyasında iştirak edib
15 sentyabr 2020-ci il tarixində Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresinin (SSBK) XIII Assambleyasının video-konfrans formatında iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti cənab Məmməd Musayevin rəhbərliyi ilə Konfederasiyanın nümayəndə heyəti də iştirak etmişdir.
ASK-nın yaydığı məlumatda bildirilir ki, tədbirdə SSBK-nın Şura Sədri Vasili Pavloviç Tarlev cənab Məmməd Musayevin Şura Sədrinin müavini kimi Konqresin bütün tədbirlərində fəal iştirak etdiyini , sahibkarlığın inkişafına böyük töhfə verdiyini xüsusi vurğulamışdır.
Konqresin XIII Assambleyasında SSBK-nın üzvlüyünə qəbul, SSBK Şurasının və Təftiş Komissiyasının üzvlərinin seçilməsi, SSBK Prezidentinin növbəti dövr üçün təsdiqlənməsi və onun Konqresin gələcək fəaliyyətinin prioritet istiqamətləri, onun həyata keçirilmə prinsipləri və formaları haqqında məlumatı kimi məsələlərə baxılmışdır.
İclasda ASK prezidenti cənab Məmməd Musayev yenidən növbəti müddətə Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurasının sədr müavini, həmyerlimiz , SSBK-nın Türkiyə Respublikası, Orta Şərq və Afrika ölkələrinin işgüzar dairələri ilə qarşılıqlı əlaqələr üzrə Koordinasiya Şurası sədrinin müavini Elçin Seyidov Şuranın üzvü, ASK prezidentinin baş məsləhətçisi Məhəmmədəli Əfəndiyev isə təkrarən Şuranın Təftiş Komissiyasının üzvü seçilmişlər.
Tədbirdə SSBK Prezidentinin məlumatı ətrafında Milli sahibkarlar təşkilatlarının bir qrup rəhbərləri ilə yanaşı ayrı-ayrı nüfuzlu təşkilat rəhbərləri , o cümlədən Avroasiya iqtisadi komissiyasının inteqrasiya və makroiqtisadiyyatın əsas istiqamətləri üzrə Kollegiya üzvü-Nazir,akademik Qlazev Sergey Yuryeviç , Moskva Ticarət-Sənaye Palatasının Prezidenti Platonov Vladimir Mixayloviç , Rusiya Biznes və Sahibkarlıq Akademiyasının Prezidenti Qorbulina İrina Vyaçeslavovna, Elmi İstehsalat “İqtisadi strategiya institutu”-nun Baş direktoru Aqeev Aleksandr İvanoviç və digərləri çıxış etmişlər.
Çıxışlarda əsasən ayrı-ayrı ölkələrdə pandemiya şəraitində və pandemiyadan sonrakı dövrdə sahibkarlığın inkişafı, dövlət-biznes əlaqələri,qarşılıqlı tərəfdaşlıq məsələləri öz əksini tapmışdır. Daha çox yaranmış vəziyyətdən çıxış yolları müzakirə olunmuşdur. SSBK-nın 2021-ci ildə keçiriləcək növbəti Assambleyası zamanı müzakirəyə çıxarılması şərtilə, Şuraya üzv qurumların və ekspert qruplarının iştirakı ilə Konqresin İnkişaf Strategiyasının işlənib hazırlanması, Konqresin mövcud olan bütün imkanları ilə üzvlərin uğurlu və səmərəli işinin təmin edilməsi, eləcə də aidiyyəti fəaliyyətin həyata keçirilməsi üçün hüquq, maliyyə, bank və əməkdaşlıq sahələri də daxil olmaqla müasir dəstək formalarının praktikada tətbiqinin təşviq edilməsi, həmçinin SSBK-nın gələcəkdə fəaliyyət prioritetlərinin uğurlu formada həyata keçirilməsi məqsədilə müvafiq qərarlar qəbul edilmişdir.
Daha sonra, aidiyyəti məsələlərin müzakirəsi ilə Assambleya öz işini yekunlaşdırmışdır.
Xatırladaq ki, Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Avropa və Asiyanın işgüzar dairələri təşkilatlarının könüllü ictimai birliyi olmaqla 1992-ci ilin fevral ayında yaradılmışdır. Hazırda MDB, Mərkəzi Avropa, Asiya, Afrikanın 28 ölkəsindən sənayeçilər və sahibkarların 30 milli ittifaqı Konqresin tərkibindədir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) 1999-cu ildə təsis olunaraq fəaliyyət göstərir və Konfederasiya həmin vaxtdan etibarən Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresinin fəal üzvlərindəndir.
Konqresin bir sıra Şura və Rəyasət heyətinin iclasları, beynəlxalq konfransları Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının ev sahibliyi ilə Bakı şəhərində keçirilmişdir. Konqresin rəhbərləri və mütəxəssisləri Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının bütün tədbirlərində təmsil olunmuşlar.
2011-ci ildən etibarən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti cənab Məmməd Musayev fasiləsiz olaraq Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurasının sədr müavini seçilmişdir.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
2 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 2 gün əvvəl
-
2 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
2 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
Ən çox oxunanlar
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb











.jpg)









