“PlayStation 5” noyabrın 12-dən satışda - QİYMƏTLƏR
Yaponiyanın “Sony” şirkəti “PlayStation 5” yeni nəsil oyun konsolunu noyabrın 12-də satışa çıxaracaq. Disk üçün girişi olmayan yeni rəqəmsal oyun modelinin satış qiyməti 39980 yen və ya 399,99 dollar olacaq.
Bu barədə “Sony Interactive Entertainment Inc.” şirkəti məlumat yayıb.
Yeni konsolun “Blu-ray Ultra HD” modelinin qiyməti isə 49980 yenə və ya 499,99 dollara bərabər olacaq. Qeyd edilir ki, təklif olunan ilkin qiymətlərə vergi rüsumu daxil deyil və mağazalar ilkin sifarişləri artıq sentyabrın 18-dən qəbul etməyə başlayıblar.
“PS5 Digital Edition” modeli dövrün tələbləri nəzərə alınaraq oyunların yüklənməsi yoluna üstünlük verir. Belə ki, 2019-cu maliyyə ilində “PlayStation 4” üçün oyunların əksəriyyəti yükləmə yolu ilə satılıb.
Şirkətdən bildirildiyinə görə, PS5 modelinin PS4-dən əsas üstünlükləri məlumatları 100 dəfə daha sürətlə işləməsi və qabaqcıl auditexnologiyaya malik olmasıdır.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
26 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























