Bestcomp Group CİSCO korporasiyasının birinci səviyyəli tərəfdaşı oldu
Bestcomp Group şirkəti və CİSCO korporasiyası arasında birbaşa əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.
Müqaviləyə əsasən, Bestcomp Group CİSCO üçün Tier 1, yəni birinci səviyyəli tərəfdaşa çevrilir. Bestcomp Group Azərbaycanda CİSCO ilə bu səviyyədə əməkdaşlıq müqaviləsi olan yeganə şirkətdir.
Şirkətin baş direktoru Fərid Həsənov bildirmişdir: “Bu hadisə bizim üçün çox sevindiricidir və Azərbaycan şirkətinin böyük uğurudur. Son illərdə şirkətimiz Data Mərkəz, informasiya təhlükəsizliyi və telekommunikasiya həllərinin layihələndirilməsi və tətbiqi üzrə böyük uğurlara imza atmışdır. Şirkətimiz informasiya təhlükəsizliyi sahəsində MDB məkanında “Cisco Master Security Specialization” statusu olan 3 şirkətdən biridir. Bestcomp Group 2019-cu ildə ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş, dünyanın çox sayda ölkəsindən 4 mindən çox iştirakçının qatıldığı “Cisco Partner Summit” tədbirində “Azerbaijan Enterprise Partner of the Year” mükafatı ilə təltif edilmişdi. Bildirmək istəyirəm ki, bizim 2020-ci ildə CİSCO ilə əməkdaşlıq göstəricilərimiz daha da sevindiricidir və biz bu sahədə Azərbaycan bazarında öz lider statusumuzu daha da möhkəmləndirmişik. Bestcomp Groupda CİSCO təhlükəsizliyi sahəsində, çox sayda CCIE, CCNP, CCDA, CCNA, ASAAM, layihələrin idarə edilməsi üzrə PRINCE 2, ümumiyyətlə, dünyanın aparıcı İT şirkətlərinin 500-dən çox sertifikatını almış yüksək səviyyəli mütəxəssislər çalışır. Məhz bizim hörmətli sifarişçilərimizin və yüksək səviyyəli mütəxəssislərimizin hesabına biz bu nailiyyətləri əldə etmişik”.
CİSCO şirkətinin MDB ölkələrində partnyorla iş üzrə meneceri Sergey Kravçuk Bestcomp Group şirkətinin son nailiyyətləri ilə bağlı təbriklərini bölüşərkən bildirmişdir ki, Bestcomp Group çox layiqli və ciddi işlər həyata keçirir, ilk növbədə “Cisco Master Security Specialization” statusu Bestcomp Group üçün bazarda fərqləndirmə nöqtəsidir, CİSCO təhlükəsizliyi üzrə yüksək səviyyəli səriştəyə malik olduğunuzu sübut edir və biz bunu çox yüksək qiymətləndiririk.
Bestcomp Group xarici bazarlarda aktiv çalışan Azərbaycanın aparıcı İT şirkətidir. Yeni nailiyyət Bestcomp Group şirkətinə MDB və Asiya ölkələrində CİSCO texnologiyalarının tətbiqi ilə Data Mərkəz, telekommunikasiya həllərinin, kiber təhlükəsizlik sahəsində mürəkkəb layihələrin auditini, planlaşdırmasını, hazırlanmasını, optimallaşdırılmasını, tətbiq edilməsini, dəstəyini həyata keçirmək qapılarını açır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
4 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
4 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
4 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
6 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
6 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
7 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
7 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
























