Gəncədə kiçikhəcmli təyyarə və helikopterlər yığılacaq
Gəncədə kiçik tutumlu təyyarələrin və helikopterlərin yığılmasını həyata keçirən yeni müəssisə qurulacaq.
"Marja" xəbər verir ki, bu fikirlər Avstriyanın ölkəmizdəki səfiri Aksel Vexin Gəncəyə səfəri zamanı şəhər icra hakimiyyətində gələcək əməkdaşlığın istiqamətləri ilə bağlı müzakirələrin gedişində səsləndirilib.
Avstriya ilə iqtisadiyyatın bir sıra sahələrində əməkdaşlıq etməkdə maraqlı olduqlarını deyən Gəncə Şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, aparılan danışıqlardan sonra həmin ölkədən kiçik tutumlu təyyarə və helikopterlərin yığımını həyata keçirən müəssisənin yaradılmasına dair razılıq məktubu alınıb.
Razılaşmaya əsasən, müəssisə Avstriya dövlətinin köməyi ilə Gəncə Beynəlxalq Hava Limanının yaxınlığındakı 30 hektar ərazidə qurulacaq. İlkin mərhələdə burada kiçik tutumlu təyyarələr yığılacaq və təmir ediləcək. İkinci mərhələdə isə helikopterlərin yığılmasına başlanılacaq.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
26 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















