Rusiya, Paşinyanın Putinə məktubunu müsbət cavablandırmadı
Rusiya Ermənistana kömək göstərməkdən yenə imtina etdi.Əgər hərbi toqquşmalar bilavasitə Ermənistan ərazisinə keçərsə, onda Rusiya Yerevana hər cür zəruri kömək göstərər.
Ermənistanın baş naziri N.Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə müraciəti ilə əlaqədar RF Xarici İşlər Nazirliyinin bəyanatı bu barədədir.
Bəyanatda deyilir: “Ermənistan Respublikasının baş naziri N.Paşinyanın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciətlə Ermənistan Respublikasının təhlükəsizliyinin təmin edilməsi üçün Rusiya Federasiyasının ona göstərə biləcəyi köməyin növünü və həcmini təyin etmək məqsədilə məsləhətləşmələrə başlamaq xahişi ilə əlaqədar Rusiya Federasiyasının Ermənistan Respublikası barəsində, o cümlədən Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında 29 avqust 1997-ci il tarixli Müqavilədən irəli gələn müttəfiqlik öhdəliklərinə sadiq olduğunu təsdiq edirik. Bu Müqavilənin bir sıra maddələrində tərəflərin bir-birinin ərazisinə silahlı hücum və ya təcavüz aktı təhlükəsi yaranacağı halda konkret hərəkətlər nəzərdə tutulur”.
RF XİN-də qeyd ediblər ki, həmin Müqaviləyə müvafiq olaraq, əgər hərbi toqquşmalar bilavasitə Ermənistan ərazisinə keçərsə, onda Rusiya Yerevana hər cür zəruri kömək göstərər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
29 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























