Milli Məclisdə tütünlə mübarizə məsələsi müzakirə olunur
Milli Məclisdə “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində “dəyirmi masa” keçirilib.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, İnsan hüquqları komitəsi, Əmək və sosial siyasət komitəsi, Gənclər və idman komitəsi və Səhiyyə komitəsinin birgə təşkilatçılığı baş tutan tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Firudin Qurbanov, Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova deyib ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul olunub. O qeyd edib ki, komitələrin müzakirələrində bir çox təkliflər irəli sürülüb və onların nəzərə alınmasının vacibliyi barədə fikir formalaşıb.
Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, birinci oxunuşda qəbul olunan qanun layihəsi günün ən aktual problemlərindən birinə həsr olunub: “Sulu qəlyanlarla bağlı məsələ layihədə öz əksini tapıb. Qapalı yerlərdə də siqaret çəkilməsi məsələsi mübahisə mövzusu idi. Qanunun işlək olmasını istəyiriksə, o zaman irəli sürülən tələblərə ciddi riayət etmək lazımdır”.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə qeyd edib ki, insanların əksəriyyəti tütünün ağır zərərləri haqqında məlumata malik deyillər: “Ümumdünya Səhiyyə Təşkilatının statistikasına istinadən demək olar ki, bu gün dünyada hər 6 saniyədən bir tütün istifadəçilərindən biri dünyasını dəyişir. Bu da il ərzində 15 milyon insanın ölməsi deməkdir. Eyni zamanda, ağciyər xərçəngindən əziyyət çəkənlərin göstəricisinə baxanda görürük ki, onların sayı tütündən istifadə etməyən şəxslərdən 30 dəfə çoxdur”.
O əlavə edib ki, Azərbaycanda siqaret çəkənlərin sayı MDB ölkələrində olan rəqəmə yaxın göstəricidir: “Nə qədər qadağalar qoysaq da, siqaret çəkənlərin, tütündən istifadə edənlərin qarşısını tam ala bilməyəcəyik. Təəssüf ki, siqaret satışını məhdudlaşdırmaq istəyən ölkə olanda siqaret istehsal edən böyük şirkətlər öz məhsullarını inkişaf etməkdə olan digər ölkələrə göndərirlər. Eyni markadan olan siqaretlərin başqa ölkələrdə istehsal olunan məhsulunun keyfiyyəti heç də eyni olmur. Yəni, keyfiyyətsiz siqaretlər bazara axın edir”.
Ə.Əmiraslanov qeyd edib ki, bəzi layt siqaretlərinin üzərində nikotinin az olması barədə məlumatın yazılması ona qarşı mübarizəyə problem yaradır: “Nə layt, nə də layt olmayan siqaretlərin insan orqanizminə ziyansız olması barədə verilən məlumatlar absurddur”.
Hazırda müzakirələr davam edir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 22 saat sonra
-
- 10 d. əvvəl
-
14 d. əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
35 d. əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
1 saat əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
2 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
2 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Expressbank eyni gündə 2 filial açıb
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı

























