Daha bir telefon istehsalçısı üçün yolun sonu göründü
Microsoft Windows Phone istehsalını dayandırmağa hazırlaşır
Satışları sürətlə düşən və bir müddətdir aqibəti maraqla gözlənilən Windows Phone-un istehsalının tamamilə dayandırılacağı, Microsoftun investisiya hesabatı da təsdiqləndi. Microsoftun investisiya qoyacağı məhsulları sıralandığı son SEC sənədində Windows Phone-un yer almaması, şirkətin ağıllı telefon istehsalından çəkiləcəyi iddialarını təsdiqlədi.
"Marja" xəbər verir ki, Microsoft, bütün dünyadakı bazar payı 0,3%-ə geriləyən Windows Phone-un istehsalını iyunun sonuna qədər tamamilə dayandıracaq.
SATIŞLARI DİBİ GÖRDÜ
Microsoft-un 2015-ci ilin ilk rübündə 1,4 milyard dollara çatan cib telefonu gəlirlərinin ötən ilin eyni dövründə 735 milyon dollara gerilədiyi, ötən həftə dərc olunan hesabata görə isə, bu ilin ilk rübündə gəlirlərin rekord səviyyədə aşağı düşərək 5 milyon dolları gördüyü qeyd edilib.
Microsoft CFO-su Amy Hood bu il telefon bazarından əldə etdikləri gəlirin "əhəmiyyətsiz miqdarda" olduğunu bildirərkən, şirkətin ağıllı telefon istehsalı üçün büdcəsinin tükəndiyini deyib.
Microsoft, keçən il Windows Phone-un bazar payının 1%-dən aşağı düşməsinin ardından 1850 nəfəri ixtisar edəcəyini bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
3 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
3 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
3 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
5 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
6 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
6 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
7 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 7 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®






















