Pakistanda “Azərbaycan Ticarət Evi”nin açılması imkanları araşdırılacaq
Azərbaycanla Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun videokonfrans formatında üçüncü iclası keçirilib.
İqtisadiyyat Nazirliyindən Marja-ya daxil olmuş məlumata görə, iclasda hər iki ölkənin səfirləri, aidiyyəti qurumların nümayəndələri, o cümlədən Azərbaycanın Xarici İşlər və Səhiyyə nazirliklərinin, Dövlət Neft Şirkətinin və Qida Təhlükəsizliyi Agentliyinin təmsilçiləri iştirak edib.
İclasda əməkdaşlıq istiqamətləri üzrə bir sıra təkliflər irəli sürülüb, qarşılıqlı investisiya qoyuluşlarının intensivləşdirilməsi və ticarət dövriyyəsi həcminin artırılması üçün virtual biznes forumların keçirilməsi, hər iki ölkədə keçiriləcək işgüzar tədbirlərdə iştirak, investisiyanın təşviqi qurumlarının rəhbərliyi ilə investisiya əməkdaşlığı üzrə işçi qrupunun yaradılması, Pakistanda “Azərbaycan Ticarət Evi”nin açılması imkanlarının araşdırılması, qida təhlükəsizliyi və ticarət sahəsində müqavilə-hüquq bazasının genişləndirilməsi, tekstil, əczaçılıq və enerji sektorunda sərmayələrin yatırılması, habelə kiçik və orta biznes dairələri arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
2 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
4 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 5 saat əvvəl
-
5 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























