İndoneziya paytaxtını dəyişdirməyə hazırlaşır
İndoneziya Milli İnkişaf Planlaşdırma Nazirliyindən edilən açıqlamada, Cakartadakı zəlzələ riski, su basqınları və nəqliyyat problemləri ilə əlaqədar olaraq, həmçinin regionların iqtisadi inkişafı üçün paytaxtın dəyişdirilməsi üçün işlərin aparıldığı bildirilib.
"Marja" xəbər verir ki, açıqlamada, layihənin Cakartadakı nəqliyyat və infrastruktur problemləri ilə zəlzələ riski səbəbindən gündəmə gətirildiyi qeyd edilib.
Paytaxt namizədi olan şəhərlərin siyahısının il sonuna qədər hazırlanacağı gözlənilir.
Ölkənin ən böyük adası olan Kalimantanın mərkəzindəki Palangkaraya şəhərinin yeni paytaxt seçilməsi ehtimalının yüksək olduğu bildirilir. Palangkarayanın, mövcud paytaxtdan daha böyük əraziyə və zəngin təbii sərvətlərə malik olması, nəqliyyat və infrastruktur problemlərinə qarşı planlı inkişafa münasib olması, yeni paytaxt olma ehtimalını yüksək edən amillər arasındadır.
Orta Kalimantan bölgəsindəki Palangkarayanın paytaxt olması 1950-ci illərdə də ölkənin gündəminə gəlmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
25 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























