Bank sədri hakim qarşısına çıxarılır
Bakı Ağır Cinayətlər Məhkəməsində “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş Nadir İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayır.
Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.
Hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, 2016-cı ildən fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş İsmayılov Nadir Əmir oğlunun qanunsuz əməlləri ilə əlaqədar hazırda ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla N.İsmayılovun qeyd olunan vəzifədə işləyərkən 2010-2015-ci illərdə banka məxsus külli miqdarda pul vəsaitini mənimsəməklə “Zaminbank” ASC-nin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Nadir İsmayılovun 2012-2019-cu illərdə ayrı-ayrı vətəndaşların ümumilikdə 5 milyon 175 min manat məbləğində pul vəsaitini ələ keçirərək həmin şəxslərə qarşı dələduzluq etməsinə və bilə-bilə saxta sənədlərdən istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Nadir İsmayılova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq zamanı Nadir İsmayılovun qanunsuz əməlləri nəticəsində fiziki və hüquqi şəxslərə dəymiş ziyanın ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus əmlak üzərinə həbs qoyulması təmin edilib.
Eyni zamanda, sözügedən korrupsiya sxemlərində digər şəxslərin iştirakını araşdırmaq məqsədi ilə, o cümlədən qanunsuz verilmiş kreditlərin aşkar edilməsi ilə bağlı ayrıca icraatda cinayət işi ayrılaraq hazırda istintaqı davam etdirilir.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 18 saat sonra
-
-
1 saat əvvəl
Azərbaycan avtomobildən“doymur” – Sayı bir ildə 100 min artdı, 2 milyona yaxınlaşdı
-
2 saat əvvəl
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
-
3 saat əvvəl
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
4 saat əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Hacıqabul Sənaye Parkında yeni şirkət - 4,7 milyon manatlıq gübrə və biopestisidlərin istehsalı layihəsi
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
Avqustun 14-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Expressbank eyni gündə 2 filial açıb
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
























