Gəncə şəhərində pərakəndə ticarət dövriyyəsi açıqlanıb
2021-ci ilin yanvar-mart aylarında Gəncə şəhərində pərakəndə ticarət dövriyyəsi açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsindən Marja-ya daxil olmuş məlumata görə, 2021-ci ilin yanvar-mart aylarında Gəncə şəhərinin pərakəndə ticarət şəbəkəsində istehlakcılara 280 milyon 298,8 min manatlıq, o cümlədən 179 milyon 847,2 min manatlıq ərzaq məhsulları, içkilər və tutun məmulatları,100 milyon 451,6 min manatlıq qeyri-ərzaq malları satılmışdır. 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tutun məmulatları üzrə 0,1 faiz, qeyri-ərzaq malları üzrə isə 0,5 faiz artmışdır.
2021-ci ilin yanvar-mart aylarında istehlak mallarının dəyər ifadəsində 16,7 faizi ticarət müəssisələri, 60,8 faizi fərdi sahibkarlar tərəfindən, 22,5 faizi isə bazar və yarmarkalarda satılmışdır.
2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 1,9 dəfə, fərdi sahibkarlar üzrə 4,1 faiz, bazar və yarmarkalarda isə 18,5 faiz azalmışdır.
Hesabat dövründə ticarət şəbəkəsindən hər bir şəhər sakini orta hesabla ayda 261,7 manatlıq istehlak malları, o cümlədən 167,9 manatlıq ərzaq məhsulları, içkilər və tutun məmulatları, 93,8 manatlıq qeyri-ərzaq malları almışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 4 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























