"Kreditorlar Beynəlxalq Bankın borcunu qaytaracağına əmindir"
Onları başqa suallar maraqlandırır: borcu kim və nə vaxt qaytaracaq?
Mayın 10-da xarici öhdəliyi üzrə ödənişi buraxan "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) barədə bəzi fikirlərimi bölüşmək istərdim. Qazaxıstanın "Vahid Pensiya Yığımı Fondu" SC-nin portfelində bu bankın istiqrazları var. Mən artıq "hər şey bitdi" və "buna görə kim cavab verəcək" tipli panik çıxışların şahidi oldum...
Düzdür, durum ürəkaçan deyil, lakin katastrofik səviyyəyə də çatmayıb. Beləliklə, durum barədə yazacağam. Sırf açıq mənbələrə istinadən qeyd edə bilərəm ki, Qazaxıstan Milli Bankının mövqeyi bir qədər gec açıqlanacaq.
ƏSAS MƏSƏLƏ: ABB-yə yatırılan vəsaitlər itibmi?
Xeyr, pullar itməyib. Onlar qaytarılacaq. Ola bilər ki, pullar başqa qrafiklə, böyük ehtimalla, tam həcmdə qaytarılacaq.
Bankın əsas səhmdarı Azərbaycanın Maliyyə Nazirliyidir. Adıçəkilən qurum son iki il ərzində banka zəruri dəstək verib və verməkdə davam edəcək. Ölkə başçısı İlham Əliyev bankın sağlamlaşdırılması ilə bağlı fərman imzalayıb. Sağlamlaşdırılma tədbirləri həmçinin bankın xarici öhdəliklərinin könüllü restrukturizasiyasını da nəzərdə tutur. Prosesin əsas məqamlarından biri də bankın xarici valyutada olan borclarının dövlətə ötürülməsidir. Plan razılaşdırılanadək və borclar dövlətə ötürülənədək xarici öhdəliklər üzrə ödənişlər dayandırılıb. Bu səbəbdən mayın 10-da bank xarici kreditorlardan biri qarşısında öhdəliyini yetirməyib. May ayında kreditorların yığıncağının çağırılması nəzərdə tutulub. Yığıncaqda planın təsdiq olunması və öhdəliklərin dövlətə ötürülməsi barədə qərarın qəbul olunması planlaşdırılır.
Daha bir neçə olduqca vacib məqamı qeyd etmək istərdim. Azərbaycan hökuməti bankın öhdəliklərini dövlət borcu qismində qəbul etmək niyyətindədir. Hökumət bankın toksik aktivlərinin təmizlənməsinə, kapitallaşmasına və depozit yatırımına 7,5 mlrd. dollar xərcləyib. Göründüyü kimi, hökumət bankın xilasında israrlıdır.
Birjaların reaksiyaları da maraqlıdır. Bankın defolta uğraması və restrukturizasiya ilə bağlı informasiyalar yayıldıqdan sonra 2019-cu ildə qaytarılmalı olan bankın istiqrazlarının dəyəri 4% (mənbə: Ştutqart birjası) azalıb. Xatırladım ki, 2016-cı ilin əvvəlində, yəni defolt təhlükəsinin olmadığı, lakin neft qiymətlərinin aşağı səviyyədə olduğu bir vaxtda istiqrazların dəyəri nominal qiymətindən indikindən də aşağı - 83,2% səviyyəsində ticarət olunub. "Business Insider" yazır ki, hazırda istiqrazların nominal dəyəri 2015 və 2016-cı ildəki göstəricilərdən daha yaxşı nəticə göstərir.
"Bloomberg" agentliyi isə yazır ki, 1 gün ərzində istiqrazların kotirovkaları 62%-dək ensə də, hazırda 92%-dək möhkəmlənib.
Gördüyünüz kimi, dünya birjalarının reaksiyasında da məlum olur ki, bankın borcları dəyərini qorumaqdadır və hələ heç nə itirilməyib.
Bankın müflis elan olunması ilə bağlı məhkəməyə müraciət etməsi texniki məsələdir. Formal olaraq, defoltdan sonra bütün kreditorlar borcun vaxtından əvvəl qaytarılmasını tələb edə bilərlər. Normal şəkildə danışıqları davam etdirmək üçün və restrukturizasiya prosesini həyata keçirmək üçün bank məhkəmə qərarından istifadə edir. Bu, o demək deyil ki, bank müflis olub və borcunu qaytarmayacaq. Bu, danışıqların aparılmasına hesablanan sırf texniki hüquqi məsələdir.
İnvestorlar və kreditorlar bank tərəfindən öhdəliklərin tam həcmdə yerinə yetiriləcəyinə əmindir. Onları başqa suallar maraqlandırır: borcu kim (böyük ehtimalla, bir qismi və ya tam olaraq Azərbaycan hökuməti tərəfindən) və nə vaxt (qrafiklərin dəyişdirilməsi optimal variantdır) qaytaracaq?
İKİNCİ MƏSƏLƏ: Fond niyə məhz bu banka investisiya yatırıb?
"Vahid Sığorta Yığımı Fondu" SC 2014-cü ilin payızında bankın istiqrazlarına investisiya yatıran zaman ABB-nin reytinqi investisiya səviyyəli idi. Belə ki, həmin ilin may ayında "Moody`s" bankın reytinqini "Ba3" səviyyəsində təsdiqləyib. Reytinq üzrə proqnoz pozitiv idi. 2015-ci ilin iyun ayında bankın reytinqi üzrə proqnoz stabil olub. İnvestisiya reytinqi baxımından istiqrazlar strategiyada təsbit olunan parametrlərə cavab verirdi. Reytinqin azaldılması isə bu yaxınlarda baş verib. Belə ki, 2017-ci ilin fevral ayında bankın reytinqi "B1" səviyyəsinə endirilib.
Qeyd edim ki, 2015-ci ildə və ya 2016-cı ilin əvvəlində istiqrazlar satılsaydı, biz 20% itki ilə üzləşə bilərdik. İndi isə əminliklə deyə bilərik ki, borc normal gəlirlə qaytarılacaq.
Aydarxan Kusainov, Qazaxıstan Milli Bankının sədrinin müşaviri
Mənbə: www.informburo.kz, APA
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 7 saat sonra
-
6 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
6 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 7 saat əvvəl
-
9 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 10 saat əvvəl
-
12 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi



















