Dövlət satınalmalarında dəyişikliklər - ƏVVƏL VƏ İNDİ
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İslahat İcmalı”nın xüsusi buraxılışı dövlət satınalmaları sahəsində aparılan islahatlara həsr olunub.
MArja xəbər verir ki, hesabatda qanunvericilikdə müxtəlif istiqamətlərdə edilmiş dəyişikliklər qeyd olunub. Bu islahatlara elektron satınalma prosedurunda tətbiq edilən yeni üsul, malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosesləri, satınalma metodlarının razılaşdırılması, tender komissiyası, tenderdə iştirak haqqı prosedurunun portal üzərindən aparılması, təkliflərin açılışı, bir bank günü ərzində təklifin kənarlaşdırılması, təkliflərin qiymətləndirilməsi, icazələrin (razılıqların) alınması və işə başlama bildirişi, müqavilənin yuxarı orqan tərəfindən təsdiq edilməsi, satınalma müqaviləsinin yerinə yetirilməsi təminatının müddəti və müqavilənin şərtlərinin dəyişdirilməsi prosesləri daxildir. Əlavə olaraq, təhvil-təslim aktlarının qəbulu, təkliflər sorğusu və elektron satınalma elanı (dəvəti) prosedurlarının indi vahid internet portalı üzərindən həyata keçirilməsi qeyd edilib.
“İslahat icmalı” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən birlikdə hazırlanıb.
“İslahat icmalı”nı təqdim edirik (üzərinə klikləyərək rəsmləri böyüdə bilərsiniz).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
3 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
4 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 6 saat əvvəl
-
6 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























