Azərbaycan suvenirlər ixrac edəcək, "ABAD Store" gəlir
Ailə Biznesinə Asan Dəstək (ABAD) xidməti Azərbaycanda suvenir istehsalçılarına Çin məhsulları ilə rəqabət apara biləcək brend məhsulları formalaşdırmağa kömək edəcək.
Bunu müsahibəsində ABAD publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev deyib.
Onun sözlərinə görə, bu xidmət ailə biznesinin yaradılmasında insanlara kömək göstərir:
"Biz ailə biznesinin dirçəlməsinə yardım edirik və sahibkarları bütün mərhələlərdə dəstəkləyirik. Bu məsələdə vacib məqam odur ki, biz idxal məhsullarına alternativ yaradırıq. Bizim müştərilərimizin hazırladığı bütün məhsullarda yüksək keyfiyyətin təminatçısı – ABAD leyblı olacaq".
O qeyd edib ki, ABAD yaxın zamanlarda Heydər Əliyev Beynəlxalq Hava Limanının "Duty Free" zonasında ailə müəssisələri tərəfindən hazırlanmış suvenirlərin satışı üçün mağaza açmağı planlaşdırır.
R.Elçiyevin sözlərinə görə, ABAD-ın ilk mağazası İçərişəhər ərazisində fəaliyyətə başlayıb:
"Bizim məhsullarımızı əsasən turistlər alır, amma yerli sakinlər, xüsusilə də başqa ölkələrə öz yaxınlarının və dostlarının yanına gedənlər də onlara maraq göstərir".
O qeyd edib ki, ABAD-ın planları arasına "ABAD Store" onlayn-mağazasının açılması da daxildir. Bundan başqa, saytın müştəriləri üçün alınan məhsulların evə çatdırılması xidmətinin də işə salınması nəzərdə tutulur.
R.Elçiyev onu da qeyd edib ki, ABAD ailə biznesinə məhsulların ölkə xaricinə ixrac olunmasında kömək etməyə də hazırdır: "Azərbaycan bazarı böyük deyil. Biz başa düşürük ki, gec və ya tez müştərilərimizin ailə biznesi böyüyə və ixrac səviyyəsinədək çata bilər. Bu halda onlara öz məhsullarını xaricə ixrac etməyə kömək göstərəcəyik".
Qeyd edək ki, "ABAD" publik hüquqi şəxs Azərbaycan Prezidentinin 23 sentyabr 2016-cı il tarixli fərmanı ilə yaradılıb və ilkin mərhələdə pilot layihə olaraq Masallı rayonunda fəaliyyətə başlayıb. Məqsəd kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
8 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)




