Bitkoinin qiyməti yeni rekord səviyyədə
Bitkoinin dünya birjalarında satış qiyməti bu gün, mayın 22-də tarixi rekord həddə - 2 100 ABŞ dollarına çatıb. Bitkoinin qiyməti hazırda mayın 19-u ilə müqayisədə 102 dollar və ya 5,1% artıb.
Bitkoinin qiymətinin artmasına səbəb kimi qlobal siyasi qeyri-müəyyənlik göstərilir. Yaponiya və Cənubi Koreyada bitkoinə yaranan tələbat kriptovalyutanın qiymətini tarixi rekord həddə çatdırıb. Qeyd edək ki, bir qədər əvvəl Yaponiya hökuməti bitkoinin qanuni ödəniş vasitəsi kimi istifadəsinə icazə verib. Bu da öz növbəsində bitkoinlə əməliyyatların həcmini artırıb.
Xatırladaq ki, hazırda bitkoin bazarının kapitallaşması 34,15 mlrd. ABŞ dollarına yüksəlib. Müqayisə üçün xatırladaq ki, bitkoin bazarının kapitallaşması aprel ayının 25-nə 20,6 mlrd. dollar təşkil edib.
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
2 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
3 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 4 saat əvvəl
-
5 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb



























