Azərbaycanda ilk dəfə “Marketing MeetUP” 2017 - adlı tədbir keçirildi

AzMarektinq şirkətinin və Beynəlxalq Təlim və Layihə Mərkəzinin birgə dəstəyi ilə “Marketing MeetUP 2017” tədbiri təşkil olunub.
Tədbirin təşkilində məqsəd ölkədə baş vermiş marketinq hadisələrinin müzakirəsi, problemlərin araşdırılması və eyni zamanda xarici praktikaya əsaslanan həll yollarının təklif edilməsi idi.
Tədbiri giriş sözü ilə açan Beynəlxalq Təlim və Layihə Mərkəzinin nümayəndəsi Tariyel Dövlətov qonaqları salamlayaraq, mərkəzin fəaliyyəti və bu tip tədbirin aktuallığından danışdı. Daha sonra AzMarketinq Şirkətinin Marketinq Direktoru və Biznes Konsultant Eyyub Qarabağlı “Biznesdə cari marketinq problemləri və Autsoursinq” mövzusunda geniş çıxış etdi. Azərbaycanın biznes mühitini və bu mühitin marketinqə olan təlabatını geniş formada izah edən Eyyub Qarabağlı bu sahədə yaşanan autsoursinq problemlərindən danışdı. Bildirildi ki, Azərbaycan biznes mühitində hələ yeni –yeni formalaşmağa başlayan marketinq konsultasiya mədəniyyəti bir çox problemlərlə qarşılaşmaqdadır. Burada ən böyük roblem sahibkarların bu xidmətin qiymətini dəyərindən aşağı qəbul etməsi, eyni zamanda biznes etikasından uzaq davranışlara sahib olan “marketoloqlar” eşalonun olmasıdır. Eyyub bəy bu sahədə bütün sektorun birlikdə mübarizə aparılmasının vacibliyini vurğuladı.
Daha sonra SOCAR-ın İxrac Marketinqi Üzrə Mütəxəssisi, Marketinq Konsultant Seymur Quliyev 2 mövzuda- “Brendinq və istehlakçı davranışları” və “Azərbaycanda Təhsil Marketinqi” sahəsində geniş təqdimat etdi. Seymur bəy öz təqdimatında 2016-cı ilin marketinq trendləri, yeni-yeni inkişafına qədəm qoymuş marketinq fəaliyt metodlarından məlumat verdi. Şəxsi brendinq, Dijital Marketinq və digər sahərə toxunaraq bu fəaliyyətin yerli bazardakı problemləri geniş müzakirə olundu. Təhsil müəssiələrinin marketinqi mövzusunda isə ali təhsil ocaqlarının vizyon və misyon problemləri, standart təhsil ocağı anlayışından necə biznes qruma çevrilmə imkan və potensialından söz açan Seymur bəy burada xarici praktikaya əsaslanaraq bir çox nümunələr səsləndirdi. Təhsil müəssisələrində idarəetmə, planlama və icra problemlərinə toxunaraq bir çox müasir həll modəlləri və buna aid praktik nümunələr tədbir iştirakçılarına təqdim olundu.
Tədbirin ikinci hissəsində Jotun Norwey Şirkətinin Azərbaycan üzrə Rəhbəri Fərid Hacı, “Bizneslərarası Marketinq” mövzusunda praktik mövzularda çıxış etdi. Burada əsas mövzu B2B görüşlərin təşkili, görüş prosesi, satışın sonlandırılması və satışdan sonrakı mərhələ oldu. Telemarketinq nəcür qurulmalı? Müştəriyə təklif nəcür təqdim edilməli? Satış prosesində rəqiblərinlə necə mübarizə aparılmalı? və s. bu kimi sualların cavabı məhz bu çıxışda xüsusi həll yolları və nəzəri-praktik əsaslarla iştirakçılara izah edildi. Mövzuda diqqət çəkən digər məqam isə itirilmək üzrə olan müştərinin necə yenidən şirkətin sadiq müştərisi olmasını özündə əks etdirən praktik nümunə oldu- Malınızı satın, xidmətinizi hədiyyə edin!
Daha sonra BSC Group Şirkətinin Marketinq Departament Direktoru, PR konsultant Tural Abbaslı “Azərbaycanda PR və aktual problemlər” mövzusunda öz fikirlərini bölüşdü. Burada əsas diqqət çəkən məqam PR-İctimaiyyətlə əlaqələr anlayışının yalnış qəbul olunmasından, eyni zamanda bu sahədəki funksional pozuntular oldu. İstər dövlət, istər özəl sektorda fəaliyyət göstərən müəssisələrin hələ də “Mətbuat katibliyi” anyalışından müasir biznesin tələbi olan “İctimaiyytlə əlaqələr” anlayışa ad olaraq olsa da, fəaliyyət metodu olaraq keçid edə bilməməsi və buna aid real problemlər səsləndirildi. Müasir PR-da KSM, müştəri xidmətləri və sonda satışa təsir edə biləcək hallar geniş müzakirə olundu. Digər bir xüsusi məqam isə PR-ın növləri və bu növlərin tətbiqi idi. Öz təcrübəsinə əsaslanan Tural Abbaslı özəl sektorun qara PR kompaniyaları və bunlarla mübarizə yolları haqqında fikirlərini qonaqlarla bölüşdü.
Tədbir iştirakçılar və təlimçilərin qarşılıqlı dialoqları və müzakirələri ilə başa çatdı. Qeyd edildi ki, bu tip tədbirlər davamlı olmalıdır və müasir biznesin əsas funksiyası olan Marketinqin sağlam təbliğinin vacibliyi üçün hər kəs birlikdə bu sahəyə xidmət edərək müasir Azərbaycan iqtisadiyyatının daha sağlam inkişafına öz dəstəyini verməlidir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

CFI 3-cü rübdə 1,55 trilyon dollar ticarət dövriyyəsinə çataraq yeni zirvəyə yüksəlib, sentyabrda isə aylıq rekordunu yeniləyib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün sonra
-
29 d. əvvəl
Yusif Cabbarov: Kardesa layihəsi regionda innovativ və iqtisadi inkişafa töhfə verəcək
-
-
47 d. əvvəl
"Sizin Lombard" illik 15%-lə 7 il müdətinə 2 milyon manat cəlb etdi
-
1 saat əvvəl
Güzəşt ləğv olunur, maaşdan vergi ödəniləcək - ŞƏRTLƏR MƏLUM OLDU
-
1 saat əvvəl
Azərbaycanda yaşayış minimumu 15 manat artırılır - 300 manat olacaq
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qızılın qiymətilə bağlı yeni proqnoz - "Qiymət çox şişmişdi"
-
2 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir
-
3 saat əvvəl
Şahdağda yeni layihə: 20 hektarda kotteclər və yaşayış kompleksləri inşa olunacaq
-
3 saat əvvəl
Neft Fondunun aktivləri xarici dövlət borcunu 13 dəfə üstələyir
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Yusif Cabbarov: Kardesa layihəsi regionda innovativ və iqtisadi inkişafa töhfə verəcək

"Sizin Lombard" illik 15%-lə 7 il müdətinə 2 milyon manat cəlb etdi

Güzəşt ləğv olunur, maaşdan vergi ödəniləcək - ŞƏRTLƏR MƏLUM OLDU

CFI 3-cü rübdə 1,55 trilyon dollar ticarət dövriyyəsinə çataraq yeni zirvəyə yüksəlib, sentyabrda isə aylıq rekordunu yeniləyib

Qızılın qiymətilə bağlı yeni proqnoz - "Qiymət çox şişmişdi"
Ən çox oxunanlar

Neft Fondunun aktivləri xarici dövlət borcunu 13 dəfə üstələyir

Mərkəzi Bankın sədrindən "Bank BTB"nin vəziyyəti barədə açıqlama

Oktyabrın 23-də gözlənilən hava şəraiti

"37 aylıq idxalı ödəyə biləcək məbləğdə valyuta ehtiyatlarımız var"
