2017 Avro üçün 10 ilin ən yaxşı ili ola bilər
Avroya münasibətdə gözləntilər, 2017-nin "risk ili" olacağı və Avroya mənfi təsir göstərəcəyi barədə idi. "Marja" xəbər verir ki, indi isə 2017-ci il avro üçün on ilin ən yaxşı ili olacağı kimi görünür.
Avro/dollar məzənnəsi bu həftə altı ayın zirvəsinə qalxıb və ilin ilk yarısında G-10 pulları arasında ən yaxşı performans göstərən pul vahidi olmaq yolundadır.
Hollandiya və Fransa seçkilərində avro əleyhinə çıxanların məğlubiyyəti, proqnozların üzərində açıqlanan regional iqtisadi göstəricilər və Avro Bölgəsi səhm bazarlarına doğru getdikcə artan fond girişləri, investorların avroya dair inamını artırır.
"Bank of America Merrill Lynch"dan analitik Athanasios Vamvakidis, "Avro əməliyyatlarına daha çox hedc fondlarının daxil olması ilə fond girişlərində müsbət bir təkan var"- deyib. BofAML, avroda yen qarşısında uzun mövqedədir (Avronun bahalaşacağını gözləyir).
VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!
"Morgan Stanley"ə görə xarici investorlar Avro Bölgəsi "exchange traded" fondlarına (ETF) 7 milyard dollarlıq hedc xaric giriş edərkən, hedc edilmiş girişlər 0.9 milyard dollardır.
Avro/dollar məzənnəsi, Bakı vaxtı ilə saat 11:30-da 0.20 faiz artımla 1.1240 səviyyəsindən əməliyyat olunub. Avro, 2017-ci ildə dollar qarşısında təxminən 7.10 faiz dəyər qazanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























