Azərbaycana ayrılan 500 milyon dollar kreditin şərtləri məlum oldu
Asiya İnkişaf Bankının (ADB) Azərbaycana 500 mln. ABŞ dolları məbləğində ayırdığı kreditin şərtləri məlum olub. “
Kredit 5 il müddətində verilib.
LİBOR+2% dərəcəsi ilə ayrılan kreditin ilk 3 ili güzəşt müddətidir ki, bu dövr ərzində Azərbaycan hökuməti yalnız borc üzrə hesablanmış faizləri geri qaytaracaq. Növbəti iki ildə isə Azərbaycan hökuməti əsas borcu da geri qaytarmağı öhdəsinə götürüb.
Qeyd edək ki, ADB-nin Direktorlar Şurası dekabrın 7-də Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün 500 mln. dollarlıq kreditin ayrılması ilə bağlı qərar qəbul edib.
Bankın açıqlamasında deyilir ki, bu, hökumətin 1,4 mlrd. dollarlıq iqtisadiyyatın təşviqi paketinin genişlənməsinə səbəb olacaq. Bu kredit ümumilikdə 3,7 mln. insanın yaxud əhalinin 1/3-dən çoxunun sosial problemlərinin həllinə dəstək verəcək. Həmçinin, ADB Azərbaycanda makrofiskal islahatları dəstəkləmək üçün texniki yardım qismində 1,2 mln. dollar ayırıb.
Xatırladaq ki, kreditin ayrılması ilə bağlı saziş dekabrın 8-də ADB-nin Azərbaycan üzrə direktoru Nəriman Mannapbekov və Azərbaycanın maliyyə naziri Samir Şərifov tərəfindən imzalanıb.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
21 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















