Azərbaycanda işsizliyə görə sığorta ödənişi kimlərə veriləcək?
Azərbaycanda işsizliyə görə sığorta ödənişinin kimlərə və nə qədər veriləcəyi müəyyənləşdirilir.
"İşsizlikdən sığorta haqqında” qanun layihəsinə əsasən, Azərbaycanda işsizlikdən sığorta ödənişini yalnız bəzi işsizlər ala biləcəklər.
Bu sığorta ödənişinin təyin edilməsi hüququna yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərinin ştatlarının ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və “Məşğulluq haqqında” qanunla müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər.
Qanun layihəsinə əsasən, sığorta ödənişi şəxslərə bəzi qaydalar və hesablamalar əsasında veriləcək. İşsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 3 il sığorta stajına malik olan əmək qabiliyyətli şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olaraq, itirilmiş orta aylıq əmək haqqının məbləğinə 50-60 faiz dərəcəsi əlavə edilməklə hesablanacaq.
İşsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 3 il sığorta stajına malik olan əmək qabiliyyətli şəxslər üçün minimum sığorta ödənişi məbləğində sığorta ödənişi hesablanır. Minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əmək haqqı məbləğinə bərabər tutulur.
İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir. İlk 2 təqvim ayı üçün 100, 3-4-cü ay üçün 80 faiz, 5-6-cı ay üçün 70 faiz məbləğində hesablanır. Təkrar müraciət zamanı minimum sığorta ödənişi ödənilir.
Sığorta ödənişinin verilməsi bir sıra hallarda dayandırılacaq. Belə ki, onu alan şəxs iki təklif olunan münasib işdən, peşə hazırlığından və ya əlavə təhsildən imtina etdikdə, sığorta ödənişi aldığı dövrdə müvafiq icra hakimiyyəti orqanına məlumat vermədən işə düzəldikdə, işə bərpa edildikdə, ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunduqda, hərbi xidmətə çağırıldıqda və sair hallarda ödənişdən məhrum olur.
İşsizlikdən sığorta üzrə sığorta tarifləri işçinin əmək haqqının 0,5 faizi, hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi həcmində müəyyən edilir.
Qeyd edək ki, “İşsizlikdən sığorta haqqında” qanun layihəsi Milli Məclisin mayın 31-də keçiriləcək plenar sessiyasında müzakirəyə çıxarılacaq.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
4 d. əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 5 d. əvvəl
-
26 d. əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
-
38 d. əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
48 d. əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
1 saat əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
2 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Ən çox oxunanlar
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib




























