“Texnomart” mağazalar şəbəkəsi rebrendinq etdi!
(®) Hazırkı adı ilə 2019-cu ildən etibarən fəaliyyət göstərən “Texnomart” mağazalar şəbəkəsi rebrendinq etdi!
Rebrendinqin əsas məqsədi insanlara “Texnomart”ın fəlsəfəsini daha sadə və birbaşa yolla çatdırmaq idi. Elə isə bunu öyrənmək üçün bir daha tanışlığa başlayaq!
Yeni gün, yeni istəklər, həyat və ümumiyyətlə canlı olan hər şey öz başlanğıcını günəşdən götürür. Yenilənərkən elə bunu əsas götürən şirkətin ilham mənbəyi də günəş oldu. Əsas rəngini də sarı olaraq seçən “Texnomart” öz “günəşini” yaratdı. Bununla brendin tükənməz enerjisini, daim insanlara bəxş etdiyi xoş anları və onların istəklərini reallaşdırdığını daha yaxşı vurğulamaq istəyinə nail olundu.
Ardınca bu “günəşi” ən yaxşı formada ifadə edəcək sloqan axtarışlarına başlandı.
Sloqan axtarışlarında hara doğru gediləcəyi “Texnomart”ın Bakı şəhəri və bölgələrdə yer alan çoxsaylı mağazalarında onlarla dünya markasının təqdim edilən məhsullarının insanların ixtiyarında olması, şirkətin hər zaman müştərilərinin ehtiyaclarına tərəf yönələrək onlara xüsusi yanaşma və sərfəli qiymət təklif etməsi əsas götürülərək müəyyən olundu.
“Texnomart”ın istiqaməti hər zaman birdir – yüksək xidmətə, keyfiyyətli texnologiyaya, yeni fürsətlərə və ən önəmlisi hər bir insana SARI. Texnomart – sənə sarı!
Rebrendinq nəticəsində “Texnomart” öz fəlsəfəsini hər kəsə uğurlu şəkildə çatdırmağı bacardı. Beləliklə şirkətin insanlar üçün daha da cəlbedici markaya çevriləcəyini proqnozlaşdırmaq çətin deyil. “Texnomart” müştəriləri ilə arasındakı sərhədləri yıxmağa, onların istəklərinin hər zaman ilk pillədə olduğunu nümayiş etdirməyə hazırdır.
“Texnomart”ın verdiyi vədlərə əsasən, yeni imkanlar və kampaniyalarla hər zaman insanlara sarı olacağından əminik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
10 d. sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
19 d. əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
-
- 30 d. əvvəl
- 33 d. əvvəl
- 40 d. əvvəl
-
48 d. əvvəl
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
-
1 saat əvvəl
İnvestorlara 15% gəlirlilik təklif olunur – Yerləşdirmə oktyabrın 2-də
-
1 saat əvvəl
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
-
1 saat əvvəl
Müctəba Xamenei: Tezliklə Ərəb dənizi də "düşmən qüvvələri"ndən təmizlənəcək
-
1 saat əvvəl
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
-
2 saat əvvəl
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq ©
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
Ən çox oxunanlar
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
2026-cı ilin sonuna 10 restoran, hədəfdə isə 40 obyekt

























