Adambaşına düşən bank əmanəti azalır
Azərbaycanda adambaşına düşən bank əmanətlərinin həcmi son bir ildə 21% azalaraq 2017-ci il aprelin 1-nə 410 ABŞ dolları təşkil edib. Azərbaycan bu göstəriciyə görə region ölkələri arasında 6-ci yerdədir.
Qeyd edək ki, adambaşına düşən əmanətin həcminə görə bölgədə lider ölkə Türkiyədir (5 514 dollar). Son bir ildə bu ölkədə adambaşına əmanətin həcmi 7% azalıb. Buna əsas səbəb kimi Türkiyədə dolların məzənnəsinin illik müqayisədə 28%-ə yaxın düşməsi amilini göstərmək olar.
Xatırladaq ki, hər hansı bir ölkədə yerli valyutanın möhkəmlənməsi çox vaxt dollar ekvivalentində əmanətlərin həcminin artmasına gətirib çıxarır.
Adambaşına əmanət həcminin son bir ildə ən çox artdığı ölkə isə Qazaxıstan olub. Bu ölkədə dollar illik müqayisədə 9,7% ucuzlaşıb və adambaşına düşən əmanətin həcmi 23% artaraq 1 356 dollara yüksəlib.
Ən sabit göstərici İranda qeydə alınıb. Bu ölkədə son bir ildə dollar 7,3% bahalaşıb, əmanətin adambaşına həcmi isə 7% artıb. Yəni, real olaraq dəyişiklik olmayıb.
Qeyd edək ki, Azərbaycanda isə dolların 13,2% bahalaşması ilə yanaşı adambaşına düşən əmanətin həcmi 21% azalaraq 410 dollara geriləyib.
Aşağıdakı cədvəldə region ölkələri üzrə əmanətlərlə bağlı göstəricilər əks olunub:
№ | Ölkə | Əmanətlər | Əhali | Adambaşına əmanət | Fərq | USD məzənnəsi | Fərq | ||||
01.04.2016 | 01.04.2017 | 01.01.2016 | 01.01.2017 | 01.04.2016 | 01.04.2017 | 01.04.2016 | 01.04.2017 | ||||
1 | Türkiyə | 467 | 440 | 78,7 | 79,8 | 5934 | 5514 | -7 | 2,82 | 3,6 | 27,7 |
2 | İran | 314 | 340 | 79,6 | 80,6 | 3946 | 4218 | 7 | 30,2 | 32,4 | 7,3 |
3 | Rusiya | 240 | 332 | 146,2 | 146,5 | 1642 | 2266 | 38 | 68 | 56 | -17,6 |
4 | Qazaxıstan | 20 | 24 | 17,75 | 18 | 1099 | 1356 | 23 | 345 | 311,4 | -9,7 |
5 | Gürcüstan | 1,87 | 2,1 | 3,7 | 3,7 | 505 | 568 | 12 | 2,29 | 2,4 | 4,8 |
6 | Azərbaycan | 5,1 | 4,0 | 9,7 | 9,8 | 521 | 410 | -21 | 1,52 | 1,72 | 13,2 |
7 | Ukrayna | 16 | 16 | 42,6 | 42,4 | 378 | 384 | 2 | 26 |
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
3 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
4 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 5 saat əvvəl
-
6 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























