Pomidor və alma ixracına məhdudiyyətlərin qaldırılması üçün müzakirələr aparılıb
Qoşqar Təhməzli ilə “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert arasında görüş keçirilibNoyabrın 16-da Moskvada Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert arasında görüş keçirilib.
AQTA-nın yaydığı məlumatda bildirilir ki, görüşdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib, ikitərəfli ticarət məsələlərinin həllində konstruktiv dialoqun vacibliyi vurğulanıb.
Həmçinin kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükünün artırılması və məhsulların Rusiya-Azərbaycan sərhədindən keçirilməsi prosedurunun sürətləndirilməsi üzrə birgə tədbirlərin həyata keçirilməsi və yaxın vaxtlarda bununla bağlı iki ölkənin aidiyyəti qurumlarının iştirakı ilə əlavə danışıqların aparılması təklif olunub.
İclasda Azərbaycandan Rusiyaya pomidor və alma ixracına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində müzakirələr aparılıb. Qeyd olunub ki, 2020-ci il 10 dekabr tarixindən "Rosselxoznadzor" tərəfindən tətbiq edilmiş məhdudiyyətlər əməkdaşlığın genişləndirilməsi və aparılan birgə videomonitorinqlər zamanı məhsullardan götürülən nümunələrin fitosanitar ekspertizası nəticəsində tədricən aradan qaldırılır. Bu da getdikcə alma və pomidor tədarükünün daha da artırılmasına imkan verir. Hazırda Rusiya Fedarasiyasına Azərbaycanın 204 müəssisəsi və 1 kənd təsərrüfatı kooperativindən pomidor, 70 təsərrüfatdan isə alma tədarükü mümkündür.
Danışıqlar zamanı Sergey Dankvert və Qoşqar Təhməzli bu istiqamətdə aparılan işlərin yekunlarına əsasən, razılığa gəliblər ki, ölkəmizdən məhsul ixrac edən təsərrüfatlarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən monitorinqlər aparılaraq “Rosselxoznadzor”a karantin tətbiq edilən zərərvericilərdən azad müəssisələrin siyahısı təqdim olunsun və səlahiyyətli qurumun zəmanəti altında gələcəkdə tədarük imkanları daha da genişləndirilsin.
Görüşdə bildirilib ki, baytarlıq preparatlarının dövlət qeydiyyatı və dövriyyəsinə nəzarət sahəsində, habelə baytarlıq sahəsində təcrid edilmiş mikroorqanizmlərin ştammlarının identifikasiyası, qeydiyyatı, saxlanılması, yenilənməsi və arxivlənməsi istiqamətində təcrübə mübadiləsinin aparılması, eləcə də transsərhəd heyvan xəstəlikləri ilə mübarizə tədbirlərinin əlaqələndirilməsi əməkdaşlığın genişləndirilməsində mühüm əhəmiyyət kəsb edəcək.
Tədbirdə “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti arasında pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalanması ilə bağlı məsələlər müzakirə olunub. İkitərəfli əməkdaşlığın gündəliyinə daxil olan və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 7 saat əvvəl
-
-
8 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
11 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 11 saat əvvəl
-
12 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir













.jpg)











