Bank sektorunda güclü bank yarandı
“AtaBank”ın konsolidasiya prosesi yekunlaşıb.
“Caspian Development Bank”ın “AtaBank”a birləşməsi prosesi başa çatıb.
“Marja”nın məlumatına görə, bunu bu gün keçirilmiş mətbuat konfransında “AtaBank”ın İdarə Heyətinin sədri Dəyanət Quliyev bəyan edib.
“Birləşmə nəticəsində, güclü maliyyə göstəricilərinə malik, 100 faiz yerli kapitallı bir bank ərsəyə gəlib. Birləşmədən əvvəl “AtaBank” kapitalının 20 milyon manat artırılmasına qərar vermişdi. Hazırda “AtaBank”ın kapitalı 142,7 milyon manatdır.”, - o deyib.
Onun sözlərinə görə, bankların resurslarının birləşdirilməsi nəticəsində kifayət həcmdə maliyyə ehtiyatları formalaşıb, bankın kapital mövqeyi möhkəmlənib, müştərilərin banka etimadı artıb.
Bu prosesin maliyyə xidmətlərinin inkişafına dair strateji yol xəritəsinin hədəflərinə cavab verdiyini, ölkə rəhbərliyinin bankların yüksək dünya standartlarına cavab verməsi, bu məqsədlə konsolidasiya siyasətinin davam etdirilməsinin zəruriliyi ilə bağlı tövsiyələri çərçivəsində həyata keçirildiyini qeyd edən D.Quliyev bank sektorunda başlanmış islahatların və konsolidasiya proseslərinin ümumilikdə maliyyə sisteminin sağlamlaşdırılmasına müsbət təsir etdiyini və ölkənin davamlı iqtisadi inkişafına xidmət etdiyini bildirib.
Bankın strateji hədəfinin geniş müştəri kateqoriyasına fokuslandığını vurğulayan D,Quliyev uğurlu korporativ menecment sayəsində bankın 2017-ci ilin ötən müddəti ərzində 2,5 milyon manatlıq mənfəətə çıxdığını və bununla da 2016-cı ilin illik göstəricilərini artıq 2 dəfədən çox qabaqladıqlarını diqqətə çatdırıb. Bildirilib ki, hazırda “Atabank”ın xarici kreditorlar qarşısında heş bir öhdəliyi yoxdur.
"AtaBank" İdarə Heyəti sədrinin müavini Etibar Babaşlı “Caspian Development Bank”ın “AtaBank”la konsolidasiyası prosesinin uğurla tamamlandığını, bankın kapital mövqeyinin möhkəmləndiyini, likvidliyinin yüksəldiyini qeyd edib. Prosesin korporativ idarəetmə sisteminin ən yüksək standartları çərçivəsində aparıldığını bildirən E.Babaşlı konsolidasiya prosesi nəticəsində maliyyə dayanıqlığı göstəricilərinin qanunvericiliyin müəyyən etdiyi kriteriyalara uzlaşdırıldığını, bankın sağlam və effektiv fəaliyyətinin təmin edildiyini vurğulayıb.
E.Babaşlının sözlərinə görə, konsolidasiyadan sonra “AtaBank”ın bazar mövqeləri əhəmiyyətli şəkildə güclənib. Bankın cəmi kapitalı 142.8 mln. təşkil etməklə ölkə bankları arasında 4-cü mövqeni tutur (inteqrasiya prosesindən öncə 18-ci yer). Bankın aktivləri əvvəlki illə müqayisədə 29.8% artıb və 607.3 mln. manat təşkil edərək ölkənin 31 bankı arasında 14-cü yerdən 8-ci yerə qalxmağa imkan verib.
Prosesin birləşmiş bank üçün sinerji effekti verdiyi və uğurlu nəticələr yaratdığı vurğulanıb. Konsolidasiya prosesi nəticəsində “AtaBank”ın müştəri bazası əhəmiyyətli dəyişikliyə uğrayıb. Bankın konsolidasiya prosesi müştərilərin inamının artmasına, xidmətin yaxşılaşdırılmasına, etibarın möhkəmlənməsinə imkan verib. Nəticədə bankın xidmət etdiyi fiziki şəxslərin sayı 11.9%, hüquqi şəxslərin sayı isə 15.9% artıb. Müddətli əmanət portfelinə görə, banklar arasında 6-cı yerdə sıralanan “AtaBank” ASC-də fiziki şəxslərin əmanətləri 222,7 mln. manata çatıb ki, bu da bank sektorunda 6-cı mövqedir.
Bankın xidmət və maliyyə infrastrukturu möhkəmlənib. Hazırda “AtaBank” filial şəbəkəsinə görə 31 filial və şöbə ilə ölkə bankları arasında 5-ci, ATM şəbəkəsinə görə 3-cü, POS-terminal sayına görə isə 1-ci yerdə qərarlaşıb. “AtaBank” ASC-nin bu günə kredit portfeli 546,1 mln manat təşkil edir. E.Babaşlının sözlərinə görə, bu göstəriciyə görə təmsil etdiyi kredit təşkilatı ölkə bankları arasında 4-cü yerdədir.
Aktivlərin qiymətləndirilməsinin aparılmasına məsul olan “PwC” şirkəti ilə birlikdə prosesin maksimal tez müddətdə, müştərilər üçün fasiləsiz, menecment üçün çevik və rahat şəkildə həyata keçirildiyini bildirən E.Babaşlı qarşıya qoyulmuş əsas məqsədə - yüksək səmərəli, cəlbedici müştəri xidməti, daha güclü və dayanıqlı bank yaradılmasına nail olunduğunu söyləyib. Birləşmə prosesi zamanı ilkin mərhələdə qiymətləndirmənin aparıldığı, mövcud maliyyə, hüquq, kommersiya vəziyyətinin yoxlanıldığı və inteqrasiya prosesinin yol xəritəsinin hazırlandığını qeyd edilib.
“PricewaterhouseCoopers” şirkətinin təmsilçisi Mövlan Paşayev bildirib ki, son bir neçə ay ərzində Azərbaycanda ilk hüquqi qoşulma prosesinə dəstək olmaq məqsədilə “AtaBank” və “CDB” Bank ilə yaxından əməkdaşlıq edilib. Prosesin mürəkkəbliyini nəzərə alaraq və konsolidasiya prosesinin müxtəlif istiqamətlərini (hüquq, vergi, audit və texnologiya, insanlar və dəyişikliklərin onlara təsirinə dair məsləhət xidmətləri və s.) paralel və sürətli şəkildə aparmaq məqsədilə “PwC” tərəfindən bir sıra müxtəlif ekspertlər layihəyə cəlb edilib. İnteqrasiya prosesinin uğurla başa çatdırılması məqsədilə bank sektoru üzrə ən qabaqcıl təcrübələrə müraciət edilib və prosesin mümkün qədər səlis və problemsiz, həmçinin biznes fəaliyyətini dayandırmamaq şərti ilə keçməsi təmin edilib. M.Paşayevin sözlərinə görə, hazırda banklar hüquqi cəhətdən qoşulmuş və vahid bank qismində fəaliyyət göstərir. Qoşulmadan sonraki integrasiya proseslərin həyata keçirilməsinə biznesin inkişafı və optimallaşdırılması zamanı “AtaBank”la uğurlu əməkdaşlığın davam edəcək".
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
14 d. əvvəl
Mərkəzi Bankdan 2026-cı ildə Dollar/Manat məzənnəsi barədə açıqlama
- 21 d. əvvəl
-
28 d. əvvəl
Mərkəzi Bank 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANAT yaydı
- 12 saat əvvəl
-
12 saat əvvəl
“MJ Financial Services BOKT”ın səhmləri ticarətə buraxılır - TARİX
-
12 saat əvvəl
“PAŞA Həyat” əmək qabiliyyətini itirmiş şəxsin ipoteka borcunu ödədi
-
12 saat əvvəl
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
-
12 saat əvvəl
"AccessBank" "AzVirt" şirkətinə kredit təqdim edəcək - MƏBLƏĞ
-
12 saat əvvəl
"Azərbaycan benzininin ölkəmizdə daha ucuz qiymətə satılacağı müsbət məqamdır" - Erməni nazir
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Mərkəzi Bankdan 2026-cı ildə Dollar/Manat məzənnəsi barədə açıqlama
Mərkəzi Bank 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANAT yaydı
“MJ Financial Services BOKT”ın səhmləri ticarətə buraxılır - TARİX
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
Ən çox oxunanlar
"AccessBank" "AzVirt" şirkətinə kredit təqdim edəcək - MƏBLƏĞ
"Azərbaycan benzininin ölkəmizdə daha ucuz qiymətə satılacağı müsbət məqamdır" - Erməni nazir
"Sanksiyalar tətbiq edilmədi, əksinə, onlar milyardlarla dollar dəyərində silahlar verirdi”
Türkiyənin Suriyaya ixracı 3 milyard dolları keçib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
Prezidentin Mətbuat Xidmətinin məlumatı






















