Son 4 ildə 151 min şəxsə əlillik təyin olunub
2018-2021-ci illərdə 151 min şəxsə əlillik təyin olunubƏmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin ötən dövründə keçən ilin müvafiq dövrünə nisbətən iki dəfə çox olmaqla 54 minə yaxın şəxsə əlillik təyin edilib. Marja.az Agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, onlardan 16500-ü ilkin, qalanı təkrar təyinatlardır.
Əlillik təyin edildikdən sonra onlara əlillik dərəcələri üzrə proaktiv qaydada elektron sistem üzərindən pensiya və ya müavinətlərin təyinatı aparılıb. Həmçinin bir sıra xüsusi kateqoriyalara aid əlilliyi olan şəxslərə (müharibəəlilləri, I dərəcəəlilliyi olanlar və b.) pensiya və ya müavinətlə bərabər, Prezidentin aylıq təqaüdləri də təyin olunub.
Ümumilikdə 2018-2021-ci illərdə 151 min şəxsəəlillik təyinatı aparılıb.
Əlilliyi olan şəxslərə ödənilən sosial ödənişlərdə də ciddi artımlar qeydə alınıb. 2018-ci ilin əvvəli ilə müqayisədə onlara ödənilən pensiyaların orta aylıq məbləği 70%-ə yaxın, müavinətin orta aylıq məbləği 2 dəfə artıb. Təqaüdün maksimum məbləği isə 54% artıb.
Əlilliyi olan şəxslərə pensiya, müavinət, təqaüd formasında ödənişlərin ümumi illik məbləği isə 2018-2021-ci illərdə 55% artaraq, 1 milyard 611 milyon manata çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
53 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























