Dollar ilə bağlı mühüm məlumatlar açıqlandı
ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq May ayında 138 min artıb. İşsizlik nisbəti isə 4.3% oldu.
Qlobal bazarların səbirsizliklə gözlədiyi ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq məlumatı və işsizlik göstəricisi açıqlandı.
“Marja” xəbər verir ki, May ayında ABŞ iqtisadiyyatı kənd təsərrüfatı xaricində 138 min məşğulluq yaradıb. Məşğulluqda artımın 185 min olacağı gözlənirdi. Məşğulluğun apreldə 211 min artdığı açıqlanmışdı. İndi Aprel ayı göstəricisi 211 mindən 174 minə dəyişdirilib.
Mayda ABŞ-da işsizlik göstəricisi 4,3%-ə düşüb. İqtisadçılar işsizliyin 4,4% olacağını gözləyirdilər. Apreldə ABŞ-da işsizlik 4,4%-ə düşmüşdü.
Orta saatlıq maaşlar aylıq 0.2% ilə proqnoza paralel artarkən, illik artım 2.6% olub. Gözlənti illik 2.6% artım idi.
ABŞ-da məşğulluğun proqnozdan çox aşağı artması Dolları ucuzlaşdırıb. Bakı vaxtı ilə saat 16:40-a olan məlumata görə, Avro/Dollar məzənnəsi 0,55 % qalxaraq 1.1277 səviyyəsini görüb.
Son çıxışlarında ABŞ iqtisadiyyatının tam məşğulluğa nail olduğunu deyən ABŞ Mərkəzi Bankının sədri Janet Yellen, 4,5 faiz səviyyələrindəki işsizlik nisbətinin inflyasiyanı artıra biləcəyi fikirindədir. Yellen, məşğulluğun yüksək olduğu dövrdə daha aşağı məşğulluq artımlarını müsbət qarşılayır.
09:10 XXX
Bu gün Amerikanın əmək bazarı ilə bağlı açıqlanacaq statistik məlumatlar, dünya birjalarında dolların aparıcı valyutalara olan qiymətlərində böyük hərəkətliliyə səbəb ola bilər.
VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!
Belə ki, bu gün Bakı vaxtı ilə saat 16:30-da son bir neçə həftədir böyük maraqla gözlənilən, Amerikanın dövlət statistika idarəsi tərəfindən işsizlik və qeyri-kənd təsərrüfatı sahələrində yaradılan yeni iş yerlərinin sayı (ing.: "NFP") ilə bağlı məlumatlar yayımlanacaq. Sözügedən məlumatlar, iyun ayının 14-də açıqlanacaq, FED-in faiz qərarı üçün çox önəmli olduğu üçün dolların qiymətinə də güclü təsir edəcəyi gözlənilir.
Amerikada işsizlik səviyyəsi 4.4% olmaqla, son 16 ilin minimum səviyyəsindədir və may ayı ərzində yaradılan yeni iş yerlərinin sayının 185 min olması proqnozlaşdırılır. Aprel ayında isə bu göstərici 211 min idi.
Qeyd etmək lazımdır ki, Amerikanın əmək bazarında internet texnologiyaları sahəsində ixtisaslaşan kommersiya təşkilatının (ing.: "ADP") cümə axşamı açıqladığı məlumatlara görə, ABŞ-da may ayı ərzində əlavə olaraq 253 min yeni iş yerləri yaradılıb. Beləliklə, bu gün açıqlanacaq "NFP" göstəricisi də aprel ayının göstəricisini üstələyərsə, bu, foreks bazarlarında dolların 1%-ə kimi bahalaşmasına səbəb ola bilər. Bununla yanaşı, əmək haqlarında artım da FED-in inflyasiya gözləntiləri fonunda investorların diqqət mərkəzindədir.
ÖDƏNİŞSİZ FOREX SEMİNARINA QATILIN!
Lakin son yarım ilin minimum səviyyələrində ticarət edilən dolların qiymətində bu gün dalğalanma güclənsə də, bunun 1%-dən çox olması gözlənilmir. Amerikanın əmək bazarında tam məşğulluq hökm sürür və müşahidə ediləcək yaxşılaşma da süpriz kimi qarşılanmayacaq. Gələcək günlərdə isə dünya birjalarında dolların qiyməti daha çox digər amillərin təsiri altında olacaqdır. Bunlar gələn həftə açıqlanacaq Avropanın 1-ci rüb üzrə iqtisadi inkişaf səviyyəsi, pərakəndə satış dövriyyəsi, Avropa Mərkəzi Bankının toplantısı və açıqlamaları, Böyük Britaniyada keçiriləcək növbədənkənar parlament seçkisi, Böyük Britaniyanın sənaye sektoru ilə bağlı statistik məlumatlar, Yaponiyanın 1-ci rüb üzrə iqtisadi inkişaf səviyyəsi və Çinin xarici ticarət dövriyyəsi və inflyasiya səviyyəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)










