Müavinət və təqaüdlərin artırılması 732 min şəxsi əhatə edir - ƏLAVƏ 200 MİLYON MANAT
Bu artımlar üçün illik əlavə 200 milyon manat ayrılıbPrezident İlham Əliyevin bugün imzaladığı yeni Sərəncam və Fərmanlar müavinət və təqaüd artımı aşağıdakı kateqoriyalara aid şəxsləri əhatə edir:
- Əlilliyi olan şəxslər və I dərəcəəlilliyi olan şəxslərə qulluq edənlər;
- Sağlamlıq imkanları məhdud uşaqlar və onlara qulluq edənlər;
- Yaşa görə müavinət alanlar;
- Ailə başçısını itirməyə görə müavinət alanlar;
- Müddətli hərbi xidmətdə olanların uşaqları;
- Uşaqların qəyyumları;
- Beşdən çox uşağı olan qadınlar;
- Bir yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələr;
- Övladlığa uşaq götürənlər;
- İşləməyən pensiyaçı elmlər və fəlsəfə doktorları;
- “Xalq” və “Əməkdar” fəxri adı olanlar;
- Doktorant və tələbələr.
Həmçinin aşağıdakı birdəfəlik müavinətlər artırılır:
- Uşağın doğulmasına görə birdəfəlik müavinət;
- Dəfn üçün birdəfəlik müavinət.
Əmək və Əhalinin Sosial Müdafiəsi NAzirliyinin yaydığı məlumata görə, Dövlət başçısının imzaladığı yeni Fərman və Sərəncamları ümumilikdə 732 min şəxsin, o cümlədən 132 min doktorant və tələbənin əhatə edərək müavinət və təqaüd formasında onlara yönələn sosial ödənişlərin gələn ilin əvvəlindən artırılmasını təmin edir. Bu artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
55 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















