Bank krediti 30%-lə verib, 2 ayın ödənişini istəmir
Yay istirahət mövsümünün başlanması ilə əlaqədar müştərilərin nağd pul ehtiyaclarını qarşılamaq məqsədilə Bank “BTB” ASC iyun ayının sonunadək növbəti kredit kampaniyasını başlayıb.
Bankdan “Marja”ya daxil olmuş məlumata görə, kampaniyanın əsas üstünlüyü, kredit götürən müştərilərə əsas borcun ödənilməsi üzrə 2 ay güzəştin tətbiq olunmasıdır. Belə ki, ilk 2 ayın aylıq ödənişində əsas borcun ödənilməsi tələb olunmur, yalnız faizlərin ödənişi kifayət edir.
Kampaniya şərtləri üzrə kreditin maksimal müddəti 24 ay, maksimal məbləği isə 3000 AZN-dir. Kreditin əldə olunması üçün zamin tələb edilmir. İllik faiz dərəcəsi 30% təşkil edir.
Kampaniyadan faydalanaraq kredit əldə etmək üçün şəxsiyyət vəsiqəsi və iş yerindən arayış tələb olunur. İş yerindən arayışı elektron arayış formasında da təqdim etmək mümkündür. Müştəri sadəcə şəxsiyyət vəsiqəsilə bankın xidmət nöqtəsinə yaxınlaşıb kredit üçün müraciət etdikdə, həmin xidmət nöqtəsində müştəri üçün elektron arayış əldə olunur və bu kredit ayrılması üçün kifayət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
10 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























