"Fitch" Rusiyanın reytinqini geri götürüb
Beynəlxalq Fitch Ratings agentliyi Rusiyanın suveren reytinqi ilə bağlı məlumatları daha dərc etməyəcək, agentlik Avropa İttifaqının sanksiyaları səbəbindən bütün reytinqlərini geri götürüb.“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Avropa İttifaqının tətbiq etdiyi sanksiyalara görə martın 25-dən etibarən Rusiyanın suveren reytinqini geri götürüb.
“Reytinqin silinməsi sanksiyalarla bağlı səbəblərə görə baş verir”, - Agentlik bildirib.
Suveren kredit reytinqi bütövlükdə ölkənin kredit riskinin qiymətləndirilməsidir ki, bu da onun gələcəkdə defolt olma ehtimalını göstərir. Ölkələr xarici borclarına xidmət etmək ehtimalından, iqtisadiyyatının sabitliyindən asılı olaraq sıralanır. Suveren reytinqlər həm də bankların və şirkətlərin reytinqlərinin hesablanmasında müəyyənedici amildir: heç bir şirkət yerləşdiyi ölkədən yüksək qiymətləndirilə bilməz.
Bundan əvvəl, martın 23-də Avropa İttifaqının sanksiyalarına görə Fitch bütün Rusiya şirkətlərinin reytinqlərini geri götürdüyünü açıqlamışdı.
Rusiyanın xarici və yerli valyutalarda uzunmüddətli və qısamüddətli defolt reytinqləri, eləcə də yüksək təminatsız borcların reytinqi C səviyyəsində, ölkə reytinqinin tavanı B- səviyyəsində idi.
Prezident Vladimir Putinin ölkənin xarici borcuna rublla xidmət göstərməyə imkan verən fərmanı sayəsində reytinqlər bu dəyərlərə endirilib. Agentlik qeyd edib ki, reytinqin aşağı salınması həm də Mərkəzi Bankın Rusiyadan qeyri-rezidentlərə köçürmələri məhdudlaşdırmaq qərarı ilə bağlı olub.
Martın 15-də Avropa İttifaqı Rusiyaya qarşı dördüncü sanksiyalar paketini təsdiqləyib. Onun çərçivəsində Brüssel aprelin 15-dən etibarən istənilən rusiyalı müştərilər üçün Avropa kredit reytinq agentliklərinin xidmətlərinin göstərilməsinə qadağa qoyub.
Aİ-nin sanksiyalarına görə Rusiya şirkət və təşkilatlarının reytinqlərini geri götürmək niyyəti daha əvvəl S&P beynəlxalq agentliyi tərəfindən də açıqlanmışdı. Martın əvvəlində Fitch-in ardınca reytinq agentliyi Rusiyadakı fəaliyyətini dayandırıb. Rusiyadakı əməliyyatları dayandırmaq qərarı da Moody's tərəfindən də verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 5 gün sonra
- 4 d. əvvəl
-
9 d. əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 13 d. əvvəl
-
36 d. əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
16 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
























