“PAŞA Həyat Sığorta” xalis mənfəətini açıqladı
“PAŞA Həyat Sığorta” ASC 2021-ci ili 17 milyon 714 min manat xalis mənfəət ilə başa vurub. Xatırladaq ki, “PAŞA Həyat Sığorta” Şirkəti 2020-ci ili 21 milyon 773 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin azalması sığorta ehtiyatına ayrılan vəsaitin artması ilə əlaqədardır.
Marja.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “PAŞA Həyat Sığorta”nın cəmi əməliyyat gəlirləri 291 milyon 779 min manat, cəmi əməliyyat xərcləri 268 milyon 210 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə Şirkətin cəmi əməliyyat gəlirləri 312 milyon 34 min manat, cəmi əməliyyat xərcləri 282 milyon 554 min manat təşkil etmişdi.
Eyni zamanda, Şirkət ötən il sığorta ehtiyatının yaradılmasına gəlirlərindən 43 milyon 500 min manat ayırıb (2020-ci ildə ehtiyatdan azad olmuş 43 milyon 369 min manat gəlirə əlavə edilmişdi)
YIĞIMLARI ARTIB
2020-ci ildə "PAŞA Həyat Sığorta"nın hesabladığı sığorta haqları 243 milyon 31 min min manat ikən, 2021-ci ildə 312 milyon 230 min manata yüksəlib.
"PAŞA Həyat Sığorta"nın sığorta ödənişləri isə 2020-ci ildə 222 milyon 976 min manat ikən, 2021-ci ildə 204 milyon 973 min manat təşkil edib.
2021-ci ildə "PAŞA Həyat Sığorta"nın investisiya gəlirləri 22 milyon 145 min manat təşkil edib (2020-ci ildə 24 milyon 820 min manat təşkil etmişdi)
“PASHA Holding” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat Sığorta” ASC Azərbaycanın sığorta xidmətləri bazarında tanınmış liderlərdən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)


