Təbii qazın satışından daxil olmuş vəsaitlərdən istifadə qaydası dəyişdi
SOCAR tərəfindən təbii qazın ölkə daxilində satışından daxil olmuş vəsaitlərdən istifadə qaydası dəyişib.
Nazirlər Kabineti bununla bağlı “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nda dəyişikliklər edib.
İndiyə qədər ölkə daxilində təbii qazın pərakəndə satışına görə ödənilən vəsait SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xüsusi bank hesabına mədaxil edilib. Həmin bank hesabına mədaxil edilmiş vəsaitin 50%-i müvəkkil bank tərəfindən mütəmadi olaraq avans ödənişi şəklində SOCAR-ın "Azneft" İstehsalat Birliyinin xüsusi bank hesabına, 25%-i isə "Azəriqaz"ın cari bank hesabına köçürülüb və bu barədə "Azəriqaz"a məlumat verilib. Dəyişikliyə əsasən, bundan sonra ölkə daxilində təbii qazın pərakəndə satışına görə ödənilən və "Azəriqaz"ın xüsusi bank hesabına mədaxil edilən vəsaitin 25 deyil, 15%-i "Azəriqaz"ın cari bank hesabına köçürüləcək.
Qaydaya əsasən, SOCAR-ın Qaz İxrac İdarəsi “Azərenerji” ASC-yə satılmış təbii qazın dəyərinin daxil olması üçün müvəkkil bankda xüsusi bank hesabı açır. İndiyə qədər həmin xüsusi bank hesabına daxil olan vəsaitin 50%-i, "Azneft"in bank hesabına daxil olan vəsaitin 60%-i mütəmadi olaraq müvəkkil bank tərəfindən müvafiq olaraq SOCAR-ın Qaz İxrac İdarəsinin və "Azneft"in cari bank hesablarına köçürülüb. Dəyişikliyə əsasən isə bundan sonra SOCAR-ın Qaz İxrac İdarəsinin müvəkkil bankdakı xüsusi bank hesabına daxil olan vəsaitin 15%-i, "Azneft"in bank hesabına daxil olan vəsaitin 40%-i mütəmadi olaraq müvəkkil bank tərəfindən müvafiq olaraq SOCAR-ın Qaz İxrac İdarəsinin və “Azneft”in cari bank hesablarına köçürüləcək. Eyni zamanda hər ay başa çatdıqdan sonra növbəti ayın 15-dək əvvəlki ay ərzində "Azəriqaz" tərəfindən "Azneft"dən alınmış təbii qazın dəyəri üzrə qalıq borcun "Azneft"in xüsusi bank hesabına ödənilməsinə dair ödəniş tapşırığı və ya əvvəlki ay üzrə borcun olmadığını özündə əks etdirən “Azəriqaz” və “Azneft” tərəfindən təsdiq edilmiş üzləşmə aktı daxil olmadığı təqdirdə, müvəkkil bank tərəfindən “Azəriqaz”ın xüsusi bank hesabının həmin ayın ilk iş gününün əvvəlinə olan qalığı “Azneft”in xüsusi bank hesabına köçürüləcək və bu barədə Vergilər Nazirliyinə məlumat veriləcək. Vergilər Nazirliyi bu bəndə uyğun olaraq “Azneft”ın xüsusi bank hesabına köçürülən məbləğə uyğun ƏDV məbləğinin “Azəriqaz”ın ƏDV-nin depozit hesabından, ƏDV-nin depozit hesabında vəsait çatışmadığı təqdirdə isə çatışmayan hissənin növbəti iş günləri ərzində daxil olmuş məbləğlər həddində “Azəriqaz”ın ƏDV-nin depozit hesabından “Azərenerji”nin ƏDV-nin depozit hesabına köçürülməsini təmin edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 20 saat sonra
-
-
13 d. əvvəl
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
-
1 saat əvvəl
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
2 saat əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
3 saat əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
Avqustun 14-də gözlənilən hava şəraiti
Expressbank eyni gündə 2 filial açıb
Ən çox oxunanlar
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
Azərbaycan nefti cüzi ucuzlaşıb


























