Hesablama Palatasının xərcləri gəlirlərini üstələyib
Hesablama Palatası 2021-ci ili 22 min manat zərərlə başa vurub. Halbuki, qurum 2021-ci ildən 71 min manat mənfəətlə çıxmışdı.
Ötən il Hesablama Palatası 7,456 milyon manat (əvvəlki illə müqayisədə 0,2% çox) gəlir əldə edib ki, bunun da 7,45 milyon manatı (1,5% çox) qeyri-birja əməliyyatlarından, 6 min manatı (15,8 dəfə az) isə sair əməliyyatlardan əldə olunub.
Hesabat dövründə Hesablama Palatasının xərcləri isə 7,478 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 1,5 % çoxdur. O cümlədən qurumun sərf etdiyi materialların dəyəri 68,6% artaraq 59 min manat, əmək haqqı və işçilərinə çəkdiyi digər xərclər cüzi artaraq 6,81 milyon manat, amortizasiya xərcləri 21,1% artaraq 253 min manat, sair əməliyyat xərcləri isə 13,7% artaraq 357 min manat olub.
Bu il yanvarın 1-nə Hesablama Palatasının aktivləri 5,703 milyon manat olub ki, bu da illik müqayisədə 0,4 % azdır. Hesabat dövründə qurumun öhdəlikləri 5,5% artaraq 15 min manata çatıb, balans kapitalı (xalis aktivləri) isə 0,4% azalaraq 5,688 milyon manata düşüb.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
17 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















