Azərbaycanda fındıq bağlarının güzəştli sığortası başlayıb - ŞƏRTLƏR, QİYMƏTLƏR, MƏBLƏĞLƏR
Aqrar Sığorta Fondu təsis olunduğu tarixdən etibarən ölkədə fındıq bağlarını sığorta etməyə başlayıb. Əkin sahələrində olduğu kimi, fındıq bağları üzrə də sığorta haqqının yarısını fermerlərə dəstək üçün dövlət ödəyir.
Aqrar sığorta fındıq bağlarını çoxsaylı risklərdən qoruyur. Belə ki, təminat verilən rislər sırasına dolu, donvurma (şaxtavurma), sel-su basma, ildırım, yanğın, qasırğa, fırtına, normadan artıq yağan qar, doluvurmadan keyfiyyət itkisi, bitki xəstəlikləri və ziyanvericilər, üçüncü şəxslərin hərəkətləri və sair hallar aiddir.
Fındıq bağlarının sahibləri onu baza sığorta zərfi ilə yanaşı, ayrıca olaraq donvurma (şaxtavurma) halından, bitki xəstəlikləri və zərərvericilərdən, eləcə də tinglərin və ağacların özünü ayrı-ayrılıqda sığorta etmək imkanlarına malikdirlər.
Fındıq Azərbaycanın demək olar ki, bütün ərazilərində yetişdirilir. Ölkədə ümumilikdə 80,4 min hektar fındıq bağı var.
2021-ci ilin məlumatına əsasən Azərbaycanda fındıq bağlarının sahəsi 80,4 min hektar olub. Fındıq bağlarının sahəsi 2015-ci ilə nisbətən 2,5 dəfə, 2020-ci ilə nisbətən 1,0% artıb.
Azərbaycanda ən çox fındıq bağları Şəki-Zaqatala bölgəsindədir. Ölkədəki fındıq sahələrinin 57,1 min hektarı və ya 70,1%-i bu bölgədədir.
Ölkədə ən çox fındıq bağı Zaqatalada (20,2 min hektar, 25,1%), Balakən (10,5 min hektar, 13,1%) və Qax rayonundadır (10,2 min hektar, 12,2%). Bundan başqa fındıq bitkisi Quba-Xaçmaz bölgəsində də aktiv becərilir. Xaçmaz rayonunda 9,8 min hektar(8,9%), Qusar rayonunda 6,5 min hektar (5,8%) fındıq bağı var. Ümumilikdə fındıq sahələrinin 90 %-dən çoxu 8 rayonun payına düşür. Bundan başqa ölkənin digər regionlarında 7,1 min hektar (ümumi fındıq bağlarının təqribən 9%-i) cəmləşmişdir.
Fındıq - son illər Azərbaycanda biznes məqsədilə ən çox əkilən bitkilər sırasındadır. Belə ki, mövcud bağların 49,0 min hektarı və ya 60,9%-i barverən yaşdadır. Cəmi fındıq bağlarının 93,9%-i ənənəvi, 6,1%-i isə intensiv bağlardır.
2021-ci ildə fındığın məhsuldarlığı 2015-ci ilə nisbətən 16.1%, 2020-ci ilə nisbətən isə 24.5% artaraq 1 hektara 13.7 sentner olub
Fındıq bağlarının baza sığorta zərfi ilə sığortası tarifi ölkənin ayrı-ayrı regionları üzrə fərqlidir və 1,38%-5,18% arasında dəyişir. Bu bitkinin ən çox əkildiyi Şəki-Zaqatala bölgəsində sığorta tarifi 3,98% təşkil edir. Hesablanan sığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət ödəyir.
Misal: Məhsuldarlığı 12 sentner, 1 sentnerin qiyməti 300 manat, yəni ümumilikdə 3 600 manatlıq məhsul gözləniən fındıq bağının baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı olaraq 50-186 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız yarısını – 25-93 manatını ödəyir, qalan hissəni dövlət ödəyir. Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, femerə 3 240 manatadək sığorta ödənişi edilə bilər.
Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür.
Fermerlər əkin sahələrinin sığortası üzrə sığorta haqlarını və ödənişləri Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik kalkulyatoru» bölməsində hesablaya bilərlər.
Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
8 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
8 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
8 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
8 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
11 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
11 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
11 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
12 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®

























