Borrell: Sanksiyaların 6-cı paketinə Rusiya neftinin idxalına məhdudiyyətlər də daxildir
Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Rusiyaya qarşı Avropa sanksiyalarının altıncı paketinə bir sıra Rusiya banklarının SWIFT-dən çıxarılması, “dezinformasiya” ilə mübarizə üçün yeni tədbirlər və neft idxalına məhdudiyyətlər daxildir.
“Altıncı sanksiyalar paketi daha çox Rusiya bankının SWIFT-dən çıxarılmasını nəzərdə tutur. Biz dezinformasiyada iştirak edən şəxslərin siyahısı və neft idxalına məhdudiyyətlər üzərində də işləyirik”, o, Tvitter hesabında yazıb.
Rusiyanın Ukraynaya hücuma başlayandan sonra Qərb Rusiyaya qarşı bir sıra tədbirlər paketi qəbul edib. Məhdudiyyətlər ilk növbədə bank sektoruna və yüksək texnologiyalı məhsulların tədarükünə qarşı yönəlib. Bir çox ölkələr Rusiyanın aktivlərinin dondurulduğunu elan edib. Maliyyə naziri Anton Siluanovun sözlərinə görə, bu, təxminən 300 milyard dollar, Rusiyanın qızıl-valyuta ehtiyatlarının təxminən yarısı deməkdir.
Kreml bu tədbirləri "iqtisadi müharibə" adlandırıb. Putin iddia edib ki, sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub və Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. Onun sözlərinə görə, indiki hadisələr ABŞ və onun müttəfiqlərinin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının üstündən xətt çəkir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 5 gün sonra
- 43 d. əvvəl
- 50 d. əvvəl
- 57 d. əvvəl
-
16 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
17 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 19 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Azərbaycan neftinin son qiyməti
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Ən çox oxunanlar
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib






















