“Borjomi”də kütləvi ixtisarlar başlayıb
Gürcüstanın “IDS Borjomi” şirkəti 49 əməkdaşını işdən azad edib.
Bu barədə şirkətdən bildirilib.
Qeyd olunub ki, şirkət bu gün çətin vəziyyətlə üz-üzədir. Şirkət hazırkı vəziyyəti anlayışla qəbul edən işçilərinə təşəkkür bildirib və növbəti ixtisarların olmayacağına ümidvarlıq ifadə edib.
“Biz ilk növbədə şirkəti xilas etmək və iş yerlərini mümkün qədər saxlamaq üçün əlimizdən gələni edirik”, - şirkətin məlumatında deyilir.
Ötən gün şirkət əməkdaşları aksiya keçirərək rəhbərliyin təklif etdiyi yeni müqavilənin şərtlərinə etiraz bildiriblər.
“IDS Borjomi” şirkətinin iki qablaşdırma zavodunda istehsal prosesi aprelin 30-dan müvəqqəti dayandırılıb. Şirkət səhmlərinin Rusiyaya məxsusluğu səbəbindən sanksiyalara məruz qalıb və ciddi maliyyə problemləri ilə üzləşib.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 5 gün sonra
- 43 d. əvvəl
- 50 d. əvvəl
- 57 d. əvvəl
-
16 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
17 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 19 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Azərbaycan neftinin son qiyməti
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Ən çox oxunanlar
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib





















