Yunanıstan kreditorlarla razılaşdı
Yunanıstan, kreditorları ilə xilasetmə proqramı çərçivəsində 8,5 milyard avroluq yeni kredit tranşının sərbəst buraxılması üçün razılaşma təmin edib.
"Marja" xəbər verir ki, dünən Avro pul vahidini işlədən 19 Avropa Birliyi (AB) üzvü ölkənin maliyyə nazirləri, Beynəlxalq Valyuta Fondu (BVF) Avrop Komissiyası və Avropa Sabitlik Mexanizmi (ESM) rəsmiləri, Yunanıstanın xilasetmə proqramının Lüksemburuqda müzakirə ediblər ( "Avro Qrupunun Toplantısı").
Avro Qrupunun sədri Dijsselbloem, Yunanıstan və kreditorlar arasında danışıqlardan müsbət nəticə çıxdığın bildirərək, "Yunanıstanla, şərtlər, borc strategiyası və BVF-nin iştirakı kimi bütün elementlər üzərində razılaşma təmin etdiyimizi məmnuniyyətlə açıqlayıram" deyib.
Tələb edilən "kəmərsıxma" tədbirlərinin Yunan parlamentində təsdiq olunmasına baxmayaraq, 22 Maydakı Avro Qrupu toplantısında Yunanıstan kreditorları ilə xilasetmə proqramı çərçivəsində yeni tranşın sərbəst buraxılması üçün razılıq əldə etməmişdi.
Cəmi 86 milyard vroluq xilasetmə proqramının ikinci qiymətləndirmə prosesi başa çatmadığı üçün Yunanıstana yeni kredit tranşları ayrılmırdı.
Yunanıstanın iyul ayında kreditorlara 7 milyard avro həcmində borc geri ödəməsi lazımdır.
Yunanıstan, kreditorlarından 315 milyard avronu aşan borcunun restrukturizasiyasını və ölkənin kapital bazarlarından borclana bilməsini tələb edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
2 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
4 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 5 saat əvvəl
-
5 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























