Naxçıvan iqtisadiyyatı 1,7 faiz artıb
2022-ci ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı açıqlanıb.
Muxtar respublikada 2022-ci ilin yanvar-aprel aylarında 776 milyon 670 min 600 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 1,7 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 1676,8 manat olmuşdur.
***
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 2022-ci ilin yanvar-aprel aylarında 354 milyon 200 min 800 manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.
***
Vəsait qoyuluşları çərçivəsində 2022-ci ilin yanvar-aprel aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 297 milyon 433 min 300 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,3 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 287 milyon 364 min 300 manatı və ya 96,6 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
***
2022-ci ilin yanvar-aprel aylarında 46 milyon 559 min 100 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 8837 ton, süd istehsalı 26950 ton olmuşdur. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6,2 faiz, süd istehsalı isə 1,4 faiz artmışdır.
***
2022-ci ilin yanvar-aprel aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 19 milyon 942 min 900 manat olmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 2,8 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 14 milyon 522 min 500 manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1,6 faiz artmışdır.
***
Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2022-ci ilin yanvar-aprel aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 95 milyon 907 min 100 manat məbləğində kreditlər verilmişdir ki, bu da bir il öncəki göstəricidən 39,2 faiz çoxdur. Verilmiş kreditlərin 8 milyon 433 min 100 manatı və yaxud 8,8 faizi qısamüddətli, 87 milyon 474 min manatı və yaxud 91,2 faizi uzunmüddətli kreditlər olmuşdur.
***
2022-ci ilin yanvar-mart ayında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 585,8 manata çatdırılmışdır ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz çoxdur.
***
1 aprel 2022-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 1397 nəfər artaraq 463 min 388 nəfər olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 14 saat əvvəl
-
- 16 saat əvvəl
-
16 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
17 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 18 saat əvvəl
-
19 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
19 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti


























