Azərbaycanda çox yüksək keyfiyyətdə görüntü təqdim edən, incə 8K televizorların satışına başlanılıb
Gələcəyə yeni baxış - Samsung Neo QLED 8K televizorları(®) Neo QLED, ən yüksək təsvir keyfiyyətini təqdim etmək üçün xüsusi "təmzimlənən" LED-lərdən istifadə edən, Samsung-un illər ərzində inkişaf etmiş texnologiyasıdır. Texnologiya müxtəlif işıq saçan və təsviri yüksək dəqiqliklə ötürən çoxlu sayda kvant nöqtələrindən istifadə edir. Sadə dillə desək, kvant nöqtələri müəyyən ölçülərdən asılı olaraq rənglər yayan kiçik toplardır. Rəng spektri birbaşa kvant nöqtəsinin ölçüsündən asılıdır və texnologiyanın bütün mahiyyəti buna əsaslanır. Müxtəlif nöqtələr sayəsində ekran daha çox parlaq olub, təsviri ən yüksək keyfiyyətdə göstərir. Samsung şirkəti Neo QLED-in özündə isə, adi nöqtələrin ölçüsünün 1/40-ı təşkil edən mini-LED-lərdən istifadə edir. Diodlar daha kiçik olduğundan, optik məsafə azalır və televizorun korpusu daha incə olur.
Texnologiya həmçinin süni intellektin köməyi ilə təsvirin təzadlığını və aydınlığını yaxşılaşdıran yeni miqyaslaşdırma qaydası olan Neo Quantum Processor-dan istifadə edir. Sözü gedən bu prosessor həqiqətən sürətlidir, burada neyronlar və alqoritmlər şəbəkəsi indi əvvəlki mexanizmlərdən 16 dəfə daha səmərəli işləyir. Neyroşəbəkə məlumatları, ekranda nələrin göstəriləcəyini müəyyən etmək üçün süni intellekt alqoritmlərindən istifadə etməklə televizorlarda təsviri təkmilləşdirməyə imkan verir. Bundan sonra, emal edilmiş məlumat televizorun arxa işığı ilə “birləşdirilir” formaların və səthlərin parlaqlığı və dəqiqliyi maksimum dərəcədə artırılır. Real Depth Enhancer-in dəstəyi ilə yekun nəticə ön və arxa plana ayrılaraq daha real təsvir dərinliyi və təzadlığını təmin edilir.
Yüksək keyfiyyətli təsvirin mükəmməl ötürülməsi Samsung Neo QLED-in forma faktoru ilə gücləndirilir. İstənilən məkana uyğunlaşan minimalist dizayn, demək olar ki, yan çərçivəsiz təqdim olunur. Televizorun haşiyəsi artıq ekranda baş verən hadisələrdən diqqəti yayındırmır və görüntünün ab havasına dalmağa imkan yaradır. Təxminən 1 mm genişliyində olan bu çox incə çərçivələr, Neo QLED-ə həqiqətən zövq oxşaya bir görünüş bəxş edir.
Parlaq, demək olar ki, çərçivəsiz, incə dizayna əlavə olaraq, istehsalçı burada həm də One Connect Box-dan istifadə edir. Bu, müxtəlif naqillərin yaratdığı dolaşıqlığı minimuma endirməyə imkan yaradan və girişlər / çıxışlar da daxil olmaqla, televizorun bütün qoşulmalarını bir yerdə toplayan xüsusi “qutudur”.
Mükəmməl görüntü əlbəttə ki, mükəmməl səs ilə müşahidə olunmalıdır. Bu səbəbdən də Samsung, sözü gedən bu televizorları hadisələri ekranda izləyən ətraf səs texnologiyaları ilə təchiz etmişdir. Bu keyfiyyət nəinki səsi həcmləndirir, həm də tamaşaçının film və ya proqramın ab havasına dalmasına kömək edir. Bu, nitqin baş verənləri daha dolğun başa düşməyə kömək etdiyi hərəkət səhnələri və oyunlar üçün daha çox uyğundur.

Yuxarıda sadalanan funksiyalara əlavə olaraq, televizor bir çox başqaları ilə də təchiz edilmişdir:
• Q-Symphony - Eyni zamanda həm dinamiklərdən, həm də əlavə səs panelindən istifadə edərək səsi yayımlayır (yalnız uyğun olan Samsung səs panelləri ilə).
• Tap View - telefon ekranının televizorda əks etdirir. Multi View sizə ekranı əks edərkən məzmunun yayımını davam etdirməyə imkan verir.
• SpaceFit Sound - otaq həcmindən asılı olaraq rəqəmsal səsin korreksiyası funksiyası (otağınızın akustikasına əsaslanan səs optimallaşdırılması).
• Super UltraWide GameView - 32:9 aspekt nisbətində görüntü yayımlamağa imkan yaradır (ultra geniş oyunlara aiddir, yalnız PC-dən).
Xatırladaq ki, Samsung Neo QLED televizorları artıq Azərbaycan bazarında da satışa çıxarılıb. Samsung Neo QLED televizorları haqqında əlavə məlumatı Samsung-un rəsmi internet saytından, həmçinin Baku Electronics, Irshad, Kontakt Home, Maxi.az, Soliton, World Telecom və Optimal mağazalar şəbəkəsində əldə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
2 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
4 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 5 saat əvvəl
-
5 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















