Mənzil təminatı sahəsində geniş strateji hədəflər müəyyən edildi
Azərbaycanda vətəndaşların uyğun qiymətə mənzil təminatı sahəsində 2020-ci ilədək geniş strateji hədəflər müəyyən edilib.
B barədə Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.
Qeyd olunur ki, yol xəritəsində müəyyən edilmiş hədəflərə nail olmaq üçün bu sənədin üçüncü fəslində təsvir edilmiş mövcud vəziyyət nəzərə alınmaqla, 6 prioritet üzrə tədbirlər görüləcək, müvafiq imkanlardan və üstünlüklərdən tam istifadə ediləcək. 2020-ci ilədək strateji baxışda 2025-ci il üzrə uzunmüddətli baxışın aşağıdakı komponentləri prioritet təşkil edəcəkdir:
- təxirəsalınmaz mənzil ehtiyaclarının qarşılanması üçün “MİDA” MMC tərəfindən uyğun qiymətə mənzil təminatı layihələrinin hazırlanması və həyata keçirilməsinin təşkili;
- uyğun qiymətə mənzillərin, həmçinin müvafiq sosial infrastrukturun, ictimai binaların (inzibati, qeyri-yaşayış və s.) tikintisində “MİDA” MMC-nin mövqeyinin daha da gücləndirilməsi üçün müvafiq normativ hüquqi baza yaratmaqla, Mənzil İnşaatı Dövlət Agentliyinə dəstək verilməsi və maliyyə vəsaitlərinin cəlb edilməsi.
6 prioritet üzrə tədbirlərin icra edilməsi nəticəsində Azərbaycanda 2020-ci ildə real ÜDM-in 250 milyon manat artacağı və bu sektorda 6000 əlavə iş yerinin yaradılacağı proqnozlaşdırılır.
Uyğun qiymətə mənzil təminatı üzrə strateji məqsədlərə nail olunmasının səmərəliliyini müəyyən etmək üçün hər bir prioritet üzrə müxtəlif hədəf indikatorlarından istifadə edilməsi nəzərdə tutulur. Belə ki, strateji yol xəritəsində nəzərdə tutulmuş məqsədlərə nail olmaq nəticəsində:
- 2020-ci ildə Azərbaycanın real ÜDM-inin 168 milyon birbaşa və 81 milyon dolayı olmaqla, ümumilikdə 249 milyon manat artacağı;
- tikinti sektorunda 10000 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır.
Yol xəritəsində aşağıdakı əsas strateji məqsədlər müəyyən edilib:
- Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi, xüsusilə azgəlirli ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması;
- əhalinin sosial müdafiəsinin gücləndirilməsi;
- urbanizasiya prosesinə nəzarət imkanlarının genişləndirilməsi;
- tikinti sektorunda rəqabət mühitinin gücləndirilməsi;
- tikinti sektorunda inkişaf dinamikasının sürətləndirilməsi;
- dövlət vəsaitindən səmərəli istifadənin təmin edilməsi;
- ekoloji cəhətdən təmiz və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli yaşayış massivlərinin tikilməsi;
- şəhərsalma və tikinti sahəsində dövlət idarəetməsinin təkmilləşdirilməsi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
4 saat əvvəl
Pezeşkisn müharibənin bitməsi üçün İranın şərtlərini açıqladı
-
5 saat əvvəl
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Odero ciddi uyğunluq və təhlükəsizlik tələblərindən keçdi, xüsusi status aldı
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Biz bu il qaz hasilatını artırmağı planlaşdırırıq. Biz qazı yeni yataqda hasil etməyə başlayacağıq"
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Yanvarda ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub" - MƏTBUATA BƏYANATLAR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Pezeşkisn müharibənin bitməsi üçün İranın şərtlərini açıqladı
Əmanətiniz illik 12 % gəlir gətirsin!
İran Hörmüz boğazında onlarla mina yerləşdirib
"Hazırda biz Avropa İttifaqı ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq üçün yeni çərçivə üzərində işləyirik"
"Biz bu il qaz hasilatını artırmağı planlaşdırırıq. Biz qazı yeni yataqda hasil etməyə başlayacağıq"
Ən çox oxunanlar
İran: Neftin 200 dollara qalxmasına hazır olun
Tramp: İranı sərt vurduq, amma hələ bitirməmişik
"Yanvarda ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub" - MƏTBUATA BƏYANATLAR
Tarixdə ən böyük müdaxilə - Rekord həcmdə fövqəladə neft ehtiyatlarından istifadə təsdiqləndi
"Yevlax Yük Avtonəqliyyat" və "Ucar İnşaat Xidmət" ASC-lərin səhm paketləri özəlləşdirilib
Dövlət şirkəti ləğv olunur
























