Azərbaycanda yeni holdinq şirkəti yaradılıb – BAŞ DİREKTORU HƏDƏFLƏRİNİ AÇIQLADI

Azərbaycanda tikinti və quraşdırma sahəsində yeni şirkət yaradılıb.
Marja.az xəbər verir ki, “Az İnşaat Holdinq” adlanan şirkət təxminən 3,5 ay əvvəl dövlət qeydiyyatına alınıb və artıq bugünlərdə rəsmi fəaliyyətə başlayıb.
“HƏM TƏCRÜBƏYƏ, HƏM DƏ MADDİ RESURSLARA MALİKİK”
“Az İnşaat Holdinq”in Baş direktoru Fərid Abdullayev Marja-ya bildirdi ki, rəhbərlik etdiyi şirkət tikinti və quraşdırma sahələrində A-dan Z-yədək bütün xidmətləri göstərməyi hədəfləyir:
““Az İnşaat Holdinq” binaların tikintisi, elektrik xətlərinin, su, kanalizasiya, yanğınsöndürmə, havalandırma və lift sistemlərinin quraşdırılması, fasadların üzlənməsi, yolların asfaltlanması, beton işləri və s. işləri yerinə yetirməyə hazırdır. Bunun üçün həm təcrübəyə, həm də maddi resurslara malikik. Artıq Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı binasının yeraltı və yerüstü elektrik, su və boru xətlərinin yenidən qurulması şirkətimizə həvalə edilib. Hazırda bir neçə layihələr üzrə müqavilələrin bağlanması üçün də danışıqlar aparırıq”.
500 NƏFƏRİN İŞLƏ TƏMİN OLUNMASI NƏZƏRDƏ TUTULUR
Fərid Abdullayev qeyd etdi ki, “Az İnşaat Holdinq”in fəaliyyətə başlaması artıq onlarla insanın işlə təmin olunmasına səbəb olub. Yaxın gələcəkdə şirkətin işçilərinin sayının 500 nəfərə çatdırılması nəzərdə tutulur.
ŞİRKƏTƏ QARŞIDAKI 4 İLDƏ 50 MİLYON MANAT SƏRMAYƏ YATIRILACAQ
Fərid Abdullayev əlavə etdi ki, “Az İnşaat Holdinq”in nizamnamə kapitalının 2022-ci ilin sonunadək 100 min manata, 2023-cü ilin sonunadək 2 milyon manata, 2025-ci ilin sonunadək isə 50 milyon manata çatdırılması hədəflənir.
“Hədəflərimiz çox böyükdür, tikinti quraşdırma üçün tələb olan bir sıra məhsulların Azərbaycanda istehsalını da planlaşdırırıq”, - Şirkətin Baş direktoru əlavə etdi.
HACIQABULDA PLASTİK BORULARIN İSTEHSALI ZAVODU QURULACAQ
İş adamı vurğuladı ki, şirkətinin adında “holdinq” sözünün olması yaxın gələcəkdə 10-dək törəmə şirkətin yaradılmasının planlaşdırılması ilə əlaqədardır:
“Qarşıdakı aylarda inşaat sektoru ilə əlaqədar istehsal, idxal, ixrac, layihələndirmə və digər fəaliyyətlər ilə məşğul olacaq törəmə şirkətlərin yaradılmasına başlayacağıq. İlk törəmə şirkətlərimizdən biri plastik boru istehsalı ilə məşğul olacaqdır. 2023-cü ilin 1-ci rübündən etibarən Hacıqabul Sənaye Parkında plastik boruların istehsalı müəssisənin yaradılması üzrə işlərə başlamağı nəzərdə tuturuq. Növbəti mərhələdə yanğınsöndürmə və elektrik sistemlərinin quraşdırılması üzrə tələb olunan avadanlıqların – şitlərin, panellərin, sprinkerlərin, elektrik naqillərinin və s. istehsalını planlaşdırırq. İstifadə etdiyimiz məhsulların yerli istehsalı gördüyümüz işlərin maya dəyərini azaldacaqdır”.
Qeyd edək ki, 04 Mart 2022-ci il tarixində dövlət qeydiyyatına alınmış “Az İnşaat Holdinq” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla, ev 79-dur. Şirkətin qanuni təmsilçisi Abdullayev Fərid Canpolad oğludur.
Eyni zamanda, Fərid Abdullayev “Finans Lizinq Konsaltinq” şirkətinin Baş direktorudur. “Finans Lizinq Konsaltinq” sərfəli şərtlər ilə avtomobil lizinqi təklif edir.
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
- 12 saat əvvəl
-
-
12 saat əvvəl
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
- 13 saat əvvəl
-
13 saat əvvəl
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
14 saat əvvəl
Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi
-
14 saat əvvəl
“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib
-
15 saat əvvəl
Nvidia və Intel arasında 5 milyard dollarlıq strateji investisiya anlaşması
Son Xəbərlər

Xankəndidə yaşayış və qeyri yaşayış sahələrində təmiri işləri aparacaq şirkətlər - MÜQAVİLƏ MƏBLƏĞLƏRİ

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Bank 96 ədəd RAM alır

bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi
Ən çox oxunanlar

“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib

Sentyabrın 19-da gözlənilən hava şəraiti
